Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər
08.05.2018 [16:49]
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutunun tanıdılması məqsədilə Hindistandan başlayan avtomobil yürüşünün iştirakçıları mayın 7-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından Rusiyaya yola salınıblar.
AZƏRTAC xəbər verir ki, dostluq avtoyürüşü aprelin 28-də start götürüb və dörd ölkəni - Hindistan, İran, Azərbaycan və Rusiyanı əhatə edir. Yürüşdə Hindistanın “Kalinqa” Avtomobil İdman Klubuna məxsus avtomobillər iştirak edir. Yürüş iştirakçıları Hindistandan İranın Bəndər-Abbas limanına dəniz yolu ilə çatıblar. Pilotlar İran ərazisindən keçərək mayın 5-də Azərbaycanın Astara rayonu ərazisinə daxil olub, daha sonra Lənkəran şəhərindən Bakıya doğru yürüş ediblər.
Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Bakıdan yolasalma mərasimindəki çıxışında qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələr arasında yeni marşrutdur və bütün regiona investisiya, inkişaf gətirəcək. Səfir tədbirin ərsəyə gəlməsində oynadığı rola görə Azərbaycan Avtomobil Federasiyasında təşəkkürünü bildirib.
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin region üçün böyük əhəmiyyətə malik olduğunu, ölkələr və xalqlar arasında dostluğun simvoluna çevrildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, gənclərin dostluq şəraitində keçirdiyi bu avtoyürüş bölgədə sülhün və əmin-amanlığın bütün ölkələrin arzusu olduğunu nümayiş etdirir.
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev bildirib ki, bu beynəlxalq nəqliyyat dəhlizi təkcə infrastrukturun, iqtisadiyyatın deyil, həm də xalq diplomatiyasının inkişafı baxımından əhəmiyyətlidir. Səfir deyib ki, avtoyürüşün bir sıra əhəmiyyətli hadisələrlə üst-üstə düşməsi rəmzi məna daşıyır. Belə ki, bu il Rusiya ilə Hindistan arasındakı diplomatik əlaqələrin 70 illiyi qeyd olunur. Həmçinin bu günlərdə Azərbaycanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, eyni zamanda, 9 May - faşizm üzərində Qələbə Günü qeyd edilir.
Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bildirib ki, bu tədbirin Azərbaycanda keçirilən digər avtomobil yarışları ilə də eyni vaxta düşməsi sevindirici haldır. Anar Ələkbərov bu günlərdə Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin keçirildiyini və yaxın zamanlarda kartinq yarışlarının planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, avtomobil həvəskarları bu yürüşü Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmini vurğulamaq, həmçinin dövlətlərarası münasibətlərin inkişafına töhfə vermək məqsədilə təşkil ediblər.
Bildirilib ki, mühüm coğrafi mövqeyə malik, beynəlxalq nəqliyyat marşrutunun üzərində yerləşən Azərbaycan üçün qonşu ölkələrlə ticarət əlaqələrinin inkişafı baxımından da bu layihə böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, yürüş iştirakçıları mayın 6-da Bakıda “Atəşgah” məbədi, İçərişəhər və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Bakıdan yola düşən pilotlar Qusar rayonunun Samur sərhəd-keçid məntəqəsindən keçərək Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcəklər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

