Azərbaycanın iqtisadiyyat naziri İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb
15.03.2018 [10:12]
İrana səfəri çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriyətmadəri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran xalqlarının tarixən yaxın olduğunu, dövlət başçılarının əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb, son 4 ildə keçirilmiş 10 yüksək səviyyəli görüş çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair qərarların qəbul olunduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, məhz bu görüşlərin, aparılan danışıqların nəticəsidir ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibinin geniş olması da əlaqələrimizin yüksək səviyyədə olmasından xəbər verir. Şahin Mustafayev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu qeyd edərək, nəqliyyat dəhlizinin Avropa ilə Asiyanı birləşdirəcəyini vurğulayıb. Azərbaycan və İranın səmərəli iqtisadi əməkdaşlığında Neftçalada avtomobil zavodunun rolunu qeyd edən iqtisadiyyat naziri ildə 10 min avtomobil istehsal etmək gücündə olacaq müəssisənin ölkələrimizin iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb. Bununla yanaşı, İranla birgə Azərbaycanda avtobus və kənd təsərrüfatı texnikası istehsal edən müəssisənin yaradıla biləcəyini, bu istiqamətdə danışıqların davam etdirildiyi bildirilib.
Nazir Şahin Mustafayev Naxçıvan Muxtar Respublikasının Azərbaycan üçün strateji əhəmiyyətini qeyd edərək, buraya investisiya qoyuluşunun səmərəliliyini vurğulayıb.
İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriyətmadəri 90-cı illərdə Bakıda səfərdə olduğunu xatırlayaraq, ötən müddət ərzində Azərbaycanın çox dəyişdiyini və inkişaf etdiyini, ölkəmizin uğurlarının İranı sevindirdiyini vurğulayıb. Məhəmməd Şəriyətmadəri bildirib ki, İran Prezidentinin Azərbaycana səfəri zamanı dövlət başçısını müşayiət edəcək və ölkəmizin inkişafını əyani surətdə görmək imkanı olacaq. İranlı nazir, həmçinin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibində sənaye komitəsinin yaradılmasını təklif edib, bunun müvafiq sahədə əlaqələrin inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin də müzakirə edildiyi görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, İranın “Xodro” şirkətinin baş direktoru Haşim Yekkə Zareəd də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

