/ / Eldar İbrahimov: Ələt azad iqtisadi zonasının yaradılması Azərbaycan iqtisadiyyatının və sosial həyatın inkişafına böyük təkan verəcək
Eldar İbrahimov: Ələt azad iqtisadi zonasının yaradılması Azərbaycan iqtisadiyyatının və sosial həyatın inkişafına böyük təkan verəcək
16.02.2018 [09:57]
“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi Azərbaycan iqtisadiyyatının inkişafının yeni mərhələsinin başlandığını göstərir. Azad iqtisadi zonaların yaradılmasında məqsəd ölkəmizin beynəlxalq əmək bölgüsündə fəal iştirakını təmin etmək və ixrac üçün rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi yolu ilə valyuta daxilolmalarının artımına nail olmaqdır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, bu istiqamətdə ölkəmizdə müəyyən işlər görülüb. Belə ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində respublikamızda azad iqtisadi zonanın bəzi xüsusiyyətlərini özündə əks etdirən iqtisadi zonalar - Sumqayıt Kimya Texnologiya Parkı, Mingəçevir Tekstil Texnologiya Parkı, Neftçala sənaye məhəlləsi, Yalama və Şəmkir aqroparkları və digər iqtisadi zonalar yaradılıb və bu istiqamətdə işlər sürətlə genişlənməkdədir. Bu zonalarda da binaların tikintisini, kommunikasiya və infrastruktur xətlərinin çəkilməsini dövlət öz üzərinə götürüb, həmin zonalarda quraşdırılan avadanlıq və qurğular gömrük rüsumundan azad olunur, müəssisələr isə 7 il müddətinə bütün vergilərdən azaddırlar.
“Ələt azad iqtisadi zonasının yaradılması da bu istiqamətdə atılan yeni bir addımdır və şübhəsiz ki, azad iqtisadi zonalara məxsus iqtisadi, sosial və elmi-texniki məqsədləri daha geniş formada özündə cəmləşdirir. Qanunun mətni ilə tanışlıq onu deməyə əsas verir ki, bu zonanın yaradılmasında iki yanaşma mövcuddur. Həm zonanın yerləşdiyi regionun sosial-iqtisadi inkişafını təmin etmək üçün bu zonada yaradılan müəssisələrə başqa ərazilərdə yerləşən müəssisələrdən fərqli olaraq xüsusi güzəştli vergi, gömrük və digər rejimlər tətbiq olunur. Həm də bu zonada həmin güzəştlər müxtəlif sahibkarlıq fəaliyyəti növlərinə şamil olunur. Göstərilən məqsədlərə çatmaq üçün qanun layihəsində azad iqtisadi zonada tətbiq edilən qanunvericilik, zonanın idarə edilməsini təmin edən səlahiyyətli qurumun yaradılması, onun hüquq və vəzifələri, bu qurumun idarə olunması, Ələt azad zonasında yaradılan hüquqi şəxslərin bu zonada fəaliyyəti, vergi tənzimləməsi, gömrük işi, sərhəd rejimi, zonanın ərazisi, mübahisələrin həlli və zonanın xüsusiyyətlərinə uyğun digər məsələlər geniş və asan anlaşılan formada əks olunub. Qanun layihəsində Ələt Azad İqtisadi Zonasının fəaliyyəti ilə bağlı bütün məsələlər əhatə olunduğuna görə hesab edirəm ki, bu qanunun qəbul edilməsi ölkəmizdə iqtisadiyyatın və sosial həyatın inkişafına böyük təkan verməklə dünyanın inkişaf etməkdə olan və inkişaf etmiş ölkələri ilə rəqabət aparmaqda respublikamızın gücünü xeyli artıracaq. Ələt Azad İqtisadi Zonasının yaradılması yeni iş yerlərinin açılması, yeni və ən müasir texnologiyaların, bilik və təcrübənin tətbiqi, bazar münasibətlərinin inkişafı üçün zəruri olan xarici investisiyaların cəlb edilməsi, yerli ixtisaslı fəhlələrin, mühəndislərin, iqtisadi və idarəetmə heyətinin təhsil və peşə təcrübələrinin artması üçün çox zəruridir” - deyə, komitə sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

