/ / İtaliya mətbuatı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin yeni terminalının açılışından yazır
İtaliya mətbuatı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin yeni terminalının açılışından yazır
13.01.2018 [01:14]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə yanvarın 9-da Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı İtaliya mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın “Trend Online”, “Milano Finanza”, “Oggi Treviso”, “Treviso Today”, “Fta Online”, “İrepi”, “Agenzia Nova” və digər kütləvi informasiya vasitələri tərəfindən yayılmış məqalələrdə yeni terminalın əhəmiyyəti, yük qəbul etmə qabiliyyəti və texniki göstəriciləri haqqında məlumat verilir. Həmçinin terminalda logistik əməliyyatların idarə edilməsində İtaliyanın “DBA Group” şirkətinin iştirakından bəhs edilir.
Məqalələrdə yeni terminalın ildə 2 milyon ton yük və ya 60 min yük maşını qəbul etmək imkanına malik olduğu bildirilir. Qeyd olunur ki, terminalda bütün logistik əməliyyatların idarə edilməsi “DBA Group” tərəfindən yaradılmış Port-Line proqram təminatı vasitəsilə həyata keçirilir və Port-Line Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tranzit yüklərin maneəsiz daşınmasının asanlaşdırılması məqsədilə prosesin tam avtomatlaşdırılmasını nəzərdə tutur.
Yazılarda, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tikilməkdə olan yeni sərnişin terminalının əhəmiyyətindən söz açılır. Bildirilir ki, terminalın Xəzər dənizində yerləşən limanlardan gələn və həmin limanlara qayıdan bütün sərnişin və yüklərin daşınmasına xidmət etməsi nəzərdə tutulur.
Məqalələrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının azad ticarət zonası olduğu və bununla istehsalçılar üçün İpək Yolu boyunca müasir təchizat zəncirinin mərkəzi rolunu oynayacağı bildirilir. Limanda tətbiq olunan müasir sistem sayəsində Avrasiya ölkələrini vahid “logistik pəncərə” vasitəsilə birləşdirməyin mümkün olacağı, o cümlədən yüksək dəyərə malik yeni xidmətlərin yaradılacağı, onların da öz növbəsində yeni bazarlar yaradacağı qeyd olunur. Limanın ikinci fazasının tam inşasından sonra isə illik yük qəbuletmə qabiliyyətinin 25 milyon tona çatacağı vurğulanır.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

