“Azərbaycanda coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda konfrans keçirilib
07.12.2017 [09:52]
Dekabrın 6-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzi, Fransa Keyfiyyət və Mənşə Milli İnstitutu (İNAO) və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə çıxış edən SMPDK-nın sədri Ramiz Həsənov bildirib ki, konfransın məqsədi coğrafi göstəricilərin əqli mülkiyyət obyekti olaraq qorunması, Fransanın çoxillik təcrübəsinin öyrənilməsi və bu sahədə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına nail olmaqdır.
Komitə sədri ölkəmizdə insan kapitalına əsaslanan iqtisadiyyatın inkişafının dövlətin əsas prioritetlərindən olduğunu vurğulayıb. O deyib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın əsas istiqamətləri üzrə strateji yol xəritələrində iqtisadiyyatın inkişaf etdirilməsi üçün sənaye və xidmət sahələrinin ixrac və rəqabətqabiliyyətli xüsusiyyətləri ön plana çəkilib: “Bu istiqamətdə uğurla reallaşan islahatlardan biri də ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülur”.
R.Həsənov deyib ki, üzərində coğrafi göstərici daşıyan və ölkəmizin müxtəlif regionlarında ənənəvi istehsal və fəaliyyət sahələrinə aid olan məhsulların xarici bazarlarda tanınması nəticə etibarilə “Made in Azerbaijan” brendinin təşviqinə xidmət edir. Bu məqsədlə coğrafi göstəricilərin əqli mülkiyyət obyektləri sırasında vacib rolu nəzərə alınaraq, bu sahənin daha geniş öyrənilməsi, təhlili və coğrafi göstəricilərin hüquqi mühafizəsinin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumları və özəl sektorun nümayəndələrindən ibarət işçi qrupu təşkil olunub.
Komitə sədri Azərbaycanda bitkiçilik, heyvandarlıq, şərabçılıq məhsullarının, içməli su və müalicə əhəmiyyətli təbii şəraitin mənşə yerləri ilə əlaqədar təkrarolunmaz xüsusiyyətlərə malik olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, müxtəlif bölgələrdə yaşayan icmaların ənənəvi biliklərə uyğun hazırladıqları məhsulların xarici bazarlara ixracının perspektivlərini yüksək qiymətləndirib.
Fransanın Azərbaycandakı səfirliyinin iqtisadiyyat müşaviri Serj Krebs iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrdən danışıb. O bildirib ki, Fransada coğrafi göstəricilərin mühafizəsi sahəsində çoxillik təcrübə formalaşıb. Bu sahədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirən müşavir gələcəkdə qarşılıqlı əməkdaşlığın davam edəcəyini qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, xüsusilə üzümçülük, pambıqçılıq, baramaçılıq və digər sahələrə diqqət yetirildiyi barədə geniş məlumat verib.
Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov bildirib ki, ölkəmiz tərəfindən təklif olunan unikal mənəvi sərvətlər dünya ictimaiyyətinin böyük marağına səbəb olub.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixində imzaladığı yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərmanının icrası məqsədilə müvafiq işlər həyata keçirilib. Bu Fərmanın “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 9 fərqli mexanizmi - dəstək tədbirini əhatə etdiyini deyən AZPROMO rəhbəri bildirib ki, üzərində coğrafi göstərici olan yerli məhsulların xaricdə tanıdılmasının vacib tələblərindən biri də məhsul adlarının həm yerli, həm də beynəlxalq səviyyədə hüquqi mühafizəsinin təmin edilməsidir. Bu sahədə Patent və Əmtəə Nişanları Mərkəzi ilə AZPROMO arasında sıx əməkdaşlıq həyata keçirilir.
Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru Günel Sevdimalıyeva “Azərbaycanda coğrafi göstəricilərin qorunması sisteminin ümumi təqdimatı: hüquqi və institusional aspektlər” adlı məruzəsində coğrafi göstəricilərin hüquqi mühafizəsinin təşviqi istiqamətində son bir il ərzində mərkəz tərəfindən aparılan işlər barədə məlumat verib.
Fransanın Ukraynadakı səfirliyinin Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova üzrə kənd təsərrüfatı üzrə məsləhətçisi Nikola Perrən “Avropa İttifaqı və Fransanın keyfiyyət siyasətinin təqdimatı: prinsip və qaydalar”, Fransanın Keyfiyyət və Mənşə Milli İnstitutunun (İNAO) mütəxəssisi Maud Rotman “Coğrafi göstərici konsepsiyasının təqdimatı: qorunan coğrafi göstərici və qorunan mənşə adları anlayışları”, İNAO-nun digər mütəxəssisi Sesil Fanşua “İNAO tərəfindən coğrafi göstəricinin tanınması müraciətlərinin yerinə yetirilməsi proseduru” mövzularında məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

