Azərbaycanda patent hüququ mövzusunda beynəlxalq seminar keçirilir
29.11.2017 [10:35]
Noyabrın 28-də Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Patent hüququ müqaviləsi və onun tətbiqi” mövzusunda 2 günlük regional seminar öz işinə başlayıb.
Seminarda çıxış edən SMPDK sədrinin müavini Niyazi Rəhimov Azərbaycanda qeyri-neft sənayesinin inkişafı istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan danışıb. Bildirib ki, yeni iqtisadi modelə keçidlə iqtisadiyyatımız innovasiyalar, müasir texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etməkdədir. N.Rəhimovun sözlərinə görə, elmi-texnoloji yeniliklər bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət edir, məhsula əlavə dəyər verir. O bildirib ki, beynəlxalq təcrübədə sahibkarlar innovativ təşəbbüslərin meydana çıxmasında fəal iştirak edir.
Əqli mülkiyyət hüquqlarının qorunmasını təmin edən müasir qanunvericilik bazasının olduğunu deyən N.Rəhimov dövlət tərəfindən innovativ iqtisadiyyatın dəstəklənməsi üçün görülən zəruri tədbirlərdən danışıb. Bildirib ki, ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq təşkilatlarda iştirakı yerli sahibkarlarımıza daha çevik və faydalı xidmətlər göstərməyə imkan yaradır. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına dair dövlət başçısının müvafiq Fərmanının icrası baxımından da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qurumları tərəfindən göstərilə biləcək xidmətlərin sayı artmaqdadır.
Cari ilin 10 fevral tarixində dövlət başçısı tərəfindən imzalanmış Fərmana əsasən keyfiyyət infrastrukturu və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilərək metrologiya, standartlaşdırma və akkreditasiya sahələrinə xidmət göstərəcək qurumlarla bərabər “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin təsis edildiyini deyən N.Rəhimov mərkəzin Azərbaycanda elmin, sənayenin, ümumilikdə iqtisadiyyatın inkişafında stimullaşdırıcı rolunun artacağına əminliyini ifadə edib.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Patent hüququ şöbəsinin müdiri Marko Aleman isə təmsil etdiyi təşkilat ilə komitənin əlaqələrindən danışıb. O bildirib ki, Azərbaycan ÜƏMT üçün faydalı və uğurlu tərəfdaşdır.
Daha sonra seminar beynəlxalq ekspertlərin ixtiraçılıq sahəsinin təşviqi, iddiaçılara daha çevik və asan xidmətlərin göstərilməsində “Patent hüququ” müqaviləsinin əhəmiyyəti, müqavilənin tələbləri, müvafiq prosedurları sadələşdirən müddəalar, ehtiyatsızlıqdan hüquqların itirilməsinin qarşısının alınmasına yönəlmiş “Patent hüququ” müqaviləsinin müddəaları ilə bağlı məruzələrlə davam etdirilib. Seminarda komitə rəsmiləri, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının nümayəndələri, Rusiya, Belarus, Qazaxıstan, Moldova, Qırğızıstanı təmsil edən mütəxəssislər ilə yanaşı, Azərbaycanın digər dövlət qurumlarının əməkdaşları və biznes qurumlarının təmsilçiləri iştirak edir.
Qeyd edək ki, seminar noyabrın 29-da davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

