SOCAR-AQŞ Bulla yatağında quyu tikintisini uğurla başa çatdırıb
08.11.2017 [09:45]
SOCAR-AQŞ Bulla yatağının 6 saylı dərin dəniz stasionar özülündən faktiki dərinliyi 5910 m olan 78 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.
Şirkətin əməliyyatlar üzrə Baş direktor müavini Eldar Yaradanquliyev 78 nömrəli quyuda qazmanın gedişatına dair öz fikirlərini bölüşərək qeyd edib ki, 3000 at gücünə malik olan Drillmec HP yeni nəsil qazma avadanlığından uğurla istifadə edilərək quyu tikintisi uğurla başa çatdırılıb və sifarişçiyə təhvil verilib: “78 nömrəli quyuda qazma işlərini aparmaqla müəssisəmiz bir sıra ilklərə imza atıb. Milli qazma sənayesində ilk dəfə olaraq, yeni texnika və texnologiyalardan istifadə etməklə dərin quyularda ağır çəkili qoruyucu kəməri birdəfəyə endirmək cəhdi uğurla həyata keçirilib.
Belə ki, ümumi çəkisi havada 530 ton olan 13 3/8 qoruyucu kəmərin 4938 m dərinliyə, çəkisi 380 ton olan 9 5/8 qoruyucu kəmərin isə 5400 m dərinliyə birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olmuşuq. Bununla da qoruyucu kəmərin dərin quyularda iki mərhələdə endirilməsi ənənəsinə son qoyulub.
Bununla yanaşı, quyu tikintisi zamanı layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci və 7-ci horizontlardan süxur nümunələri uğurla götürülmüşdür.
Qeyd etmək istəyirəm ki, 78 saylı quyuda həyata keçirilən bütün əməliyyatlarla (kəmər endirilməsi, sementlənmə və s.) bağlı əsas sifarişçimiz olan “Azneft” İstehsalat Birliyi ilə öncədən müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmiş və sonda quyu tikintisinin keyfiyyətlə başa çatdırılmasına nail olunmuşdur.
Əminliklə deyə bilərəm ki, yüksəktəzyiqli Bulla yatağından 78 saylı kəşfiyyat quyusunun yüksək keyfiyyətlə qazılaraq sifarişçiyə təhvil verilməsi Azərbaycan qazmaçılarının növbəti uğurudur.
Peşəkar qazma briqadamızın əzmi sayəsində Bulla-6 saylı özüldə başladığımız ilk quyu tikintisini uğurla başa çatdırdıq.
Əminəm ki, bizim müəssisəyə qazılması həvalə olunan digər quyuları da mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

