Bakıda “Ziraat Bank Azərbaycan”ın baş ofisinin yeni binası istifadəyə verilib
01.11.2017 [10:22]
Oktyabrın 31-də Bakıda Türkiyənin “Ziraat Bank”ının “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinin yeni binası istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən “Ziraat Bank”ın baş direktoru Hüseyn Aydın Azərbaycanda yeni Baş ofisin yaradılmasının ölkələrimiz arasındakı münasibətləri daha da genişləndirdiyini bildirib. “Ziraat Bank”ın Azərbaycanın bank sektorunun inkişafına təkan verəcəyini deyən H.Aydın əmin olduğunu bildirib ki, bankın ölkəmizdəki filialı fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.
Sonra bankın reklam çarxı nümayiş olunub.
Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov müstəqillik illərində ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, bank sektorunda da uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdikləri mühüm layihələri xatırladan Elman Rüstəmov qeyd edib ki, bu cür tədbirlər ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da genişləndirir.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bankın yaranma tarixindən danışıb. O, Türkiyənin iqtisadi inkişafında bankların mühüm rol oynadığını bildirib. Türkiyəli nazir ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin genişlənməsində bankların fəaliyyətini vurğulayıb. Qeyd edib ki, türkiyəli iş adamları Azərbaycanda özlərini daha rahat və təhlükəsiz hiss edirlər.
Sonra yeni bina ilə tanışlıq oldu. Binada işçilərin çalışması, istirahəti, həmçinin müştərilərə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. 154 illik fəaliyyət tarixi olan bankın 2015-ci ildən ölkəmizdə filialı var. Yeni ofis binasının açılışı ilə Türkiyənin bu maliyyə qurumu ölkəmizdəki fəaliyyətini daha da genişləndirir. “Ziraat Bank”ının 18 ölkədə 88 törəmə bankı, filial və nümayəndəlik ofisi var. Bankın baş ofisi Ankarada yerləşir.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

