Səttar Möhbalıyev: Azərbaycan dövləti dəniz nəqliyyatının inkişafına xüsusi önəm verir
20.09.2017 [10:49]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 2000-ci il oktyabrın 17-dən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və bu beynəlxalq təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. AHİK-in nümayəndəsi bu mötəbər beynəlxalq həmkarlar ittifaqı təşkilatının icraiyyə komitəsində təmsil olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 19-da Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Rəhbərlik etdiyi qurumla bağlı məlumat verən S.Möhbalıyev bildirib ki, təqribən 1 milyon 500.000 nəfəri özündə birləşdirən Azərbaycan Həmkarlar İttifaqları ölkənin qanunverici orqanlarının işində, işçilərin hüquqlarının müdafiəsində və əmək qanunvericiliyinin qəbul olunmasında fəal iştirak edir.
Onun sözlərinə görə, Azərbaycanda maaşların sistemli şəkildə artması və həmkarların üzvlərindən üzvlük haqlarının vaxtında yığılması nəticəsində bir çox sahə həmkarlar ittifaqının iqtisadi durumu xeyli yaxşılaşdırılıb.
Bu amil həm də həmkarlar ittifaqlarında təşkilati işlərin səviyyəsinin yüksəldilməsinə imkan verib. Belə ki, son illər Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı, Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı və Dəmir Yolları İşçiləri Müstəqil Həmkarlar İttifaqı öz əməkdaşları üçün respublikanın ən yaxşı kurortlarında istirahət və müalicə zonaları yaradıblar. Təkcə cari ilin yay aylarında burada 7000 həmkarlar üzvü və onların ailə üzvləri istirahət ediblər.
Nəzərə çatdırılıb ki, Azərbaycan dövləti dəniz nəqliyyatının inkişafına xüsusi önəm verir. Prezident İlham Əliyevin 2016-2020-ci illəri əhatə edən Sərəncamına əsasən, Dövlət Xəzər Dəniz Gəmiçiliyində nəqliyyat və neft sənayesi sahəsində yenilənmə tədbirlərinin həyata keçirilməsi, gəmi təmiri zavodlarının modernləşdirilməsi və digər mühüm istiqamətlərin inkişafı nəzərdə tutulur.
Bu baxımdan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sahə həmkarlar ittifaqlarının qarşısında ciddi vəzifələr durur.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının sədri Qeorqi Stolyarenko qeyd edib ki, ilk dəfə Kiyev şəhərində təsis olunan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının bu il 25 yaşı tamam olur. Onun təsisçiləri arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da olub. “O zaman sayımız 1600 nəfər idi. Hazırda gənclərimizin hesabına konfederasiyanın sıraları genişlənməkdədir”.
G.Stolyarenko sentyabrın 20-də Bakıda keçiriləcək Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DNİMHİRK) IV Qurultayının işinə uğurlar diləyib.
Sonda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının sədri Qeorqi Stolyarenko Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin bir sıra işçilərini hədiyyə və tərifnamə ilə təltif edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

