/ / “Caspian European Club” və “Caspian America Club”-un biznes-forumu çərçivəsində vergi sistemində islahatlar müzakirə olunub
“Caspian European Club” və “Caspian America Club”-un biznes-forumu çərçivəsində vergi sistemində islahatlar müzakirə olunub
20.04.2017 [09:15]
Vergilər nazirinin müavini İlkin Vəliyevin iştirakı ilə “Caspian European Club” və “Caspian American Club” tərəfindən aprelin 19-da Bakıda təşkil olunmuş biznes-forumda vergi islahatlarının əsas məsələləri müzakirə olunub. Tədbirdə çıxış edən İ.Vəliyev biznesə və ixracyönümlü müəssisələrə dəstək məqsədilə vergi sistemində həyata keçirilmiş yeni islahatlar barədə məlumat verib.
Dövlətlə sahibkarlar arasında səmərəli dialoq üçün meydan yaratdığına görə klub rəhbərliyinə minnətdarlığını bildirən İ.Vəliyev vurğulayıb ki, Vergilər Nazirliyi sahibkarlarla və onları təmsil edən ictimai təşkilatlarla müzakirələrə daim açıqdır, belə müzakirələri sahibkarlığın inkişafı və onun qarşısında duran problemlərin həlli, eləcə də vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi baxımından olduqca faydalı hesab edir. Vergi qanunvericiliyində və inzibatçılığında aparılan son dəyişikliklər barədə məlumat verən İ.Vəliyev bildirib ki, “Vergi sahəsində aparılacaq islahatların istiqamətləri” barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı vergi sistemində keyfiyyətcə yeni və genişmiqyaslı islahatlara yol açıb: “Ölkə iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflər və strateji yol xəritələri ilə müəyyənləşdirilmiş yeni iqtisadi strategiyaya uyğun olaraq, vergi sistemində institusional və konseptual islahatlar həyata keçirilib, vergi administrasiyası təkmilləşdirilib, təşkilati strukturun əsaslı transformasiyası həyata keçirilib. “Fərdi yanaşma” prinsipi üzərində qurulan yeni inzibatçılıq mexanizmi vergi ödəyicilərinə münasibətdə yanaşmanı diferensiallaşdırmaq, daha səmərəli, çevik və şəffaf inzibatçılığı həyata keçirməyə imkan verir”.
Vergi sistemi qarşısında duran vəzifələrə də toxunan İ.Vəliyev, ilk növbədə, iqtisadi siyasətin mühüm qolu olan və biznes fəaliyyətinin tənzimlənməsində effektiv alət hesab edilən vergi siyasətinin tənzimləyici rolunun artırılmasını, əlverişli, şəffaf və cəlbedici vergi mühitinin formalaşdırılmasını, vergi inzibatçılığının yeni səviyyəyə qaldırılmasını və sahibkarlar üçün xidmətlərin təkmilləşdirilməsini vacib hesab edib.
2017-ci il yanvarın 1-dən vergi qanunvericiliyində ciddi dəyişikliklərin qüvvəyə mindiyini xatırladan İ.Vəliyev bu dəyişikliklərin kiçik və orta biznesin inkişafına daha əlverişli şərait yaradacağını, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyini, vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarını təşviq edəcəyini qeyd edərək vurğulayıb ki, Vergilər Nazirliyi bu istiqamətdə ictimai təşkilatlarla müzakirələrin davamlı olmasını vacib hesab edir.
“Caspian European Club”-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, Klub biznesmenlər arasında sorğular təşkil edir. Onun sözlərinə görə, Kluba daxil olan məsələlərin və təkliflərin böyük hissəsi məhz vergi sistemi, bu sahədə həyata keçirilən islahatlar və yeniliklər ilə bağlıdır. O, başda nazir Fazil Məmmədov olmaqla biznesmenlərin və “Caspian European” Club və “Caspian American Club”-un üzv şirkətlərinin problemlərinə operativ münasibət bildirən və onların həllində fəal iştirak edən Vergilər Nazirliyinin rolunu yüksək qiymətləndirib.
Telman Əliyev Bakıda uğurla təşkil olunmuş 4-cü Beynəlxalq Caspian Energy Forum barədə məlumat verərək bildirib ki, 2017-ci il sentyabrın 20-də Bakıda 1-ci Beynəlxalq Caspian American Forum keçiriləcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

