İstanbulda XX Avrasiya İqtisadi Zirvə toplantısı keçirilir
06.04.2017 [09:55]
Aprelin 5-də İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.
AZƏRTAC-ın da informasiya dəstəyi verdiyi Zirvə toplantısında Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.
Toplantıda dövlət və hökumət rəsmiləri, diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri, KİV və QHT nümayəndələri iştirak edirlər.
Əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib. Filmdə Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin toplantı iştirakçılarına təbrik məktubunu oxuyub. Təbrik məktubunda bildirilir ki, artıq Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkil etdiyi toplantılar regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilib. Qeyd edilir ki, Azərbaycan uzun illərdən bəri region dövlətləri arasında münasibətlərin inkişafı, ölkələrin iqtisadi potensialının, təbii ehtiyatlarının, nəqliyyat və logistika imkanlarının əməkdaşlıq və tərəqqi məqsədlərinə yönəlməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlər uğurla davam etdirilir, Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun inşası artıq yekunlaşmaq üzrədir. Vurğulanır ki, Avrasiya məkanında sosial rifahı, əməkdaşlığı və sabitliyi təhdid edən amillərdən biri həll olunmamış münaqişələrdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi indiyədək ölkəmizin inkişafı yolunda əsas əngəl olaraq qalır. Ermənistan xarici havadarlarının köməyi ilə Azərbaycanın iyirmi faizdən artıq ərazisini işğal edib, etnik təmizləmələr və soyqırımları törədib.
Azərbaycanın energetika naziri Natiq Əliyevin sədrliyi ilə açılışı olan Zirvə toplantısında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin məruzəsi dinlənilib. O, Zirvə toplantısının önəmindən, iştirakçıların inkişaf və tərəqqiyə, separatizmə və terrorçuluğa qarşı mübarizəyə böyük önəm verməsindən danışıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən bəhs edən məruzəçi vurğulayıb ki, Zirvənin bir panelinin İslam həmrəyliyi mövzusuna həsr edilməsi Azərbaycan Prezidentinin bu təşəbbüsünə dəstəkdir. Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzkar siyasətini beynəlxalq hüquqa və insanlığa qarşı dözülməz bir cinayət kimi dəyərləndirən Akkan Suver işğalçı qoşunların Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı sülhsevər dünya ictimaiyyətinə çağırışlar edib.
Rəsmi hissədə Makedoniya Respublikasının Prezidenti Georgi İvanov, Albaniya Respublikasının Prezidenti Buyar Nişani, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Türkiyə Respublikası Baş nazirinin müavini Mehmet Şimşək, BMT Sivilizasiyalar Alyansının rəhbəri Nassir Əbdüləziz Əl-Nasser, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, İstanbul Ticarət Palatasının sədri İbrahim Çağlar və İstanbul Hazır Geyim İxracatçıları Birliyinin sədri Mustafa Gültəpə çıxış ediblər.
Sonra bir qrup şəxsə, o cümlədən QDİƏT Parlament Assambleyasının baş katibi Asəf Hacıyevə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi ilə on illik səmərəli əməkdaşlığa görə Vəqfin “Şərəf” medalı təqdim olunub.
Rəsmi hissədən sonra Akkan Suverin sədrliyi ilə “Davam edən enerji, telekommunikasiya, nəqliyyat, iqtisadiyyatın inkişafında istehsal və tələbat” və “Avropa İttifaqının qarşılaşdığı hədə-qorxular və gələcək qayğılar” mövzularında panel iclaslar keçirilib.
Birinci paneldə çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev Xəzər dənizinin Azərbaycan hissəsindəki karbohidrogen ehtiyatlarının tədarükü və nəqli ilə bağlı həyata keçirilən layihələrin əhəmiyyəti barədə geniş məlumat verib.
Panellərdə Rumıniyanın keçmiş Baş naziri Viktor Ponta, Moldova Respublikası İcraçı Komitəsinin və Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlax, Makedoniya Ticarət Palatasının sədri Danela Arsovska, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi İnsan Haqları Şurasının sədri Mujgan Suver, o cümlədən nazirlər, iqtisadiyyat və sosial elmlər üzrə tanınmış alimlər çıxış ediblər.
Çıxışlarda ölkələr arasında əməkdaşlıq imkanları və tərəqqiyə yol açan layihələrdən, o cümlədən inkişaf amilini əngəlləyən məqamlardan bəhs olunub.
Zirvə toplantısı aprelin 6-da işini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

