/ / Azərbaycan-Fransa Hökumətlərarası Komissiyasının iclasında ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub
Azərbaycan-Fransa Hökumətlərarası Komissiyasının iclasında ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub
15.12.2016 [10:23]
Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası keçirilib.
Hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Feklin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.
Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Fekl ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğulayıb. O, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rol oynadığını qeyd edib.
Matias Fekl ölkəsinin Azərbaycanın iqtisadi inkişaf potensialına olan etimadından, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərin Fransa tərəfindən yüksək qiymətləndirilməsindən söz açıb. İki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində böyük potensialın olduğunu bildirib.
Azərbaycanın maliyyə naziri Samir Şərifov ölkəmizin iqtisadi durumu haqqında məlumat verib. O, Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi ilk illərdə üzləşdiyi çətinliklərdən, torpaqlarının işğalından, iqtisadiyyatın tamamilə tənəzzülə uğramasından söz açaraq, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin yenidən dirçəldiyini, iqtisadiyyatın inkişaf etdiyini vurğulayıb.
Maliyyə naziri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, iqtisadi strateji yol xəritələrindən, ikitərəfli əməkdaşlıqdan, hər iki ölkənin prezidentlərinin bu əməkdaşlığa töhfəsindən danışıb. Ölkəmizin Fransa ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Ölkənin kifayət qədər yüksək xarici valyuta ehtiyatlarına malik olduğu nəzərə alınaraq, danışıqlarda əsasən Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək struktur islahatlarının əhatə dairəsi və verə biləcəyi nəticələr barədə fikir mübadiləsi aparılıb.
İclas iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, yanacaq-energetika, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, gənclər və idman sahələrində əməkdaşlığa dair məsələlərin müzakirəsi ilə davam edib.
Azərbaycanın Səhiyyə, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin və AZPROMO-nun nümayəndələri Fransa tərəfi ilə yuxarıda qeyd olunan sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində məsləhətləşmələr aparıblar.
İclasda Azərbaycan ilə Fransa arasında, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45

