Akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili halları aşkar edilib
19.11.2016 [09:55]
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 oktyabr tarixli Fərmanına əsasən, Vergilər Nazirliyinə akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizənin gücləndirilməsi, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlərin görülməsi tapşırılıb. Bu barədə qəzetimizə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib. Məlumatda deyilir ki, sözügedən tapşırığın icrası məqsədilə vergi orqanları tərəfindən müvafiq sahəyə nəzarət gücləndirilib, mütəmadi olaraq qanunsuz idman mərc oyunları təşkil edən şəxslərin aşkar edilməsi məqsədilə operativ nəzarət tədbirləri keçirilir.
Vergilər Nazirliyi tərəfindən keçirilmiş növbəti belə tədbir zamanı Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, 13 saylı evin yaxınlığında fərdi sahibkar İsmayılov Elyar İsrail oğluna məxsus obyektdə qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkar edilib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, E.İsmayılov “Bədən tərbiyəsi və idman haqqında” Qanunun və Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2015-ci ilin sentyabr ayından 2016-cı ilin noyabr ayınadək idman mərc oyunlarının təşkili nəticəsində 168 min manat, yəni külli miqdarda gəlir əldə edib. Nəzarət tədbiri zamanı vergi xidməti əməkdaşlarının qanuni fəaliyyətinə mane olmağa cəhd göstərilib. E.İsmayılova ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar fakt Sabunçu rayonunun Nazim İsmayılov küçəsi, ev 241 ünvanında keçirilən operativ nəzarət tədbiri zamanı da aşkarlanıb. Həmin ünvanda fərdi sahibkar Babayev Nicat Mənsur oğluna məxsus obyektdə akkreditasiya olunmadan idman mərc oyunlarının keçirildiyi və bundan başqa, N.Babayevin həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 683,4 manat dəyərində alkoqollu içkiləri satış məqsədilə saxladığı da müəyyənləşdirilərək, qanunsuz saxlanılan alkoqollu içkilər və digər əşyalar maddi dəlil kimi götürülüb. Cinayət Məcəlləsinin 192-1.3.2 və 213-1.1-ci maddələri ilə cinayət işi başlanaraq müvafiq qaydada istintaq aparılıb. İstintaq nəticəsində N.Babayevin akkreditasiya olunmadan 06.08.2016-cı il tarixdən 03.11.2016-cı il tarixədək futbol mərc oyunları təşkil etdiyi və külli miqdarda - 126 min 200 manat məbləğində gəlir əldə etdiyi təsdiqlənib. Hər iki fakt üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər davam etdirilir.
Vergilər Nazirliyi bir daha xatırladır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, yaxud xüsusi razılıq almadan həyata keçirilən sahibkarlıq fəaliyyəti inzibati və ya cinayət məsuliyyəti yaradır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

