Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 9 ayın yekunlarına dair müşavirə keçirilib
26.10.2016 [10:02]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) cari ilin 9 ayının yekunlarına dair müşavirə keçirilib. İclasda rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazir müavinləri, müşavirlər, şöbə müdirləri, tabeli qurum və müəssisələrin rəhbərləri iştirak edib, bir çox qurumlarla canlı videokonfrans əlaqəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, nazir Ramin Quluzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında proqram xarakterli nitqindən irəli gələn vəzifələr barədə danışaraq, qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin üzərinə daha böyük vəzifə və öhdəliklərin düşdüyünü qeyd edib.
Nazir ölkədə aparılan uğurlu iqtisadi islahatlar fonunda rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən işlərdən danışıb. Əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi, sahə üzrə inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas prioritetlərdən söz açıb, müvafiq Fərman, Sərəncam və Dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.
Müşavirədə ötən 9 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.
Məruzə ilə çıxış edən nazirin birinci müavini Əli Abdullayev bildirib ki, cari ilin 9 ayı ərzində nazirliyin, o cümlədən tabeli qurum və müəssisələrin fəaliyyətinin səmərəliliyinin, infrastrukturunun təkmilləşdirilməsi, öhdəliklərin icra olunması, maliyyə intizamının gücləndirilməsi, əldə olunan gəlirlərin həcminin artırılması və əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində davamlı işlər görülüb.
Bu işlər nəticəsində, rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq 1,2 milyon manata çatıb, gəlirlərin ümumi daxili məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda payı isə 3,7 faiz təşkil edib.
Nazirin birinci müavini həyata keçirilən islahatlar nəticəsində nazirlik üzrə rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədilə “şəbəkə” mərkəzlərinin yaradılmasına başlanıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu mərkəz vasitəsilə, nazirlik tərəfindən həyata keçirilən xidmətlərin vahid bir mərkəzdən göstərilməsi nəzərdə tutulur ki, bu da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən rahat istifadəsinə geniş imkanlar yaradacaq.
Sonra məruzə ətrafında nazirliyin bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.
“AzInTelecom” MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, “Aztelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi, “Azərkosmos” ASC-nin rəhbərləri müəssisələrin fəaliyyəti, həyata keçirilən işlər və gələcək planları barədə təqdimatla çıxış ediblər.
Müşavirənin sonunda nazir Ramin Quluzadə ölkə başçısının müəyyən etdiyi sosial-iqtisadi siyasətin İKT sahəsində uğurlu icrası üçün bütün zəruri addımların atılmasının vacibliyini vurğulayıb. Nazirliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı vacib istiqamətləri önə çəkən nazir Ramin Quluzadə sektorun inkişafı üzrə tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılmasını qurum və müəssisələr qarşısında tələb kimi irəli sürüb. Nazir müəssisələrə fəaliyyətlərində olan çatışmazlıqların cari ilin sonunadək aradan qaldırılması ilə bağlı göstəriş verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

