Bakıda “HUAWEI” şirkətinin ən son texnologiyalarının nümayiş etdirildiyi sərgi açılıb
16.08.2016 [15:27]
İki ay əvvəl Çindən yola çıxan “HUAWEI İKT” sərgi avtobus turunun ilk dayanacağı Bakı olub
“HUAWEI Azərbaycan” şirkəti AZƏRTAC və digər tərəfdaşlarının dəstəyi ilə reallaşdırdığı “Gözəl Azərbaycan” layihəsi çərçivəsində avqustun 15-də Bakıda “Daha möhkəm İpək yolunun qurulması” devizi altında “HUAWEI”nin ən son texnologiyalarının nümayiş etdirildiyi sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, “HUAWEI İKT” adlanan sərgi Azərbaycan, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarus da daxil olmaqla 11 ölkəni əhatə edir. Bu il həyata keçirilən ilk layihə məhz Azərbaycanda baş tutub.
Bildirilib ki, “HUAWEI İKT” sərgisi İpək yolu boyunca Mərkəzi Asiya və Şərqi Avropa ölkələrini əhatə edir. “HUAWEI” sərgi avtobusunun Çindən Azərbaycana səfəri iki ay çəkib. Şirkətin ən son texnologiyalarının sərgilədiyi avtobusun ilk dayanacağı məhz Bakıdır.
Sonra “Gözəl Azərbaycan” layihəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
“HUAWEI”nin Orta Asiya regionu üzrə vitse-prezidenti Li Yusin deyib ki, dünya iqtisadiyyatı bizim istəyimizdən asılı olmayaraq rəqəmsal iqtisadiyyata çevrilir. Kompyuter texnologiyasının sürətli inkişafı, böyük verilənlər və mobil texnologiyaların kombinasiyası çox yüksək və dinamik İKT mühiti yaradıb. Mərkəzi Asiya və Qafqaz ölkələri daim İKT sahəsinin inkişaf tələbləri ilə qarşılaşırlar. “HUAWEI” şirkəti 50-dən çox ölkədə İKT-nin inkişafına dəstək verir. İKT sahəsinin inkişafına qoyulan 20 faiz investisiya Çinin ÜDM-sini 1 faiz artırmaqdadır.
L.Yusin inkişaf etmiş ölkələr ilə müqayisədə hazırda inkişaf etməkdə olan ölkələrdə İKT-nin inkişafına, elektron hökumət və elektron ticarət sahəsinə daha çox ehtiyac duyulduğunu deyib. Bu prosesdə dövlət qurumları ilə operator və şirkətlər qarşılıqlı sıx əlaqədə olmalıdırlar.
“HUAWEI İKT” turunun ilk dayanacağı kimi Azərbaycan strateji əhəmiyyət daşıyır. Azərbaycan ilə Çin İpək yolunun əhəmiyyətli bir hissəsini təşkil edirlər. Azərbaycan İKT sahəsinin inkişafına yüksək diqqət ayırmaqdadır. Əminik ki, bu ölkənin İKT bazarı potensial inkişaf üçün hazırdır. Biz Azərbaycan hökuməti, yerli partnyorlar və operatorlar ilə sıx əməkdaşlıq etməklə genişzolaqlı mobil şəbəkənin qurulmasında yaxından iştirak edəcəyimizə ümidvarıq”, - deyə “HUAWEI”nin vitse-prezidenti qeyd edib.
Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Vey Cinhua Çin-Azərbaycan siyasi-iqtisadi münasibətlərinin sürətlə inkişaf etdiyini deyib. Səfir ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfərini və bu il mayın 31-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Həmin səfərlər nəqliyyat, logistika, neft-qaz, rabitə və informasiya texnologiyaları sahələrində Çin-Azərbaycan əməkdaşlığının yeni mərhələyə qədəm qoymasına təkan verib.
Səfir “HUAWEI”nin Çinin Azərbaycanda ən uğurlu fəaliyyət göstərən şirkətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, şirkət Azərbaycanda qabaqcıl kommunikasiya texnologiyaları, yeni nəsil şəbəkə texnologiyası təqdim edir. “HUAWEI” Azərbaycanın rabitə və İKT sektoruna mühüm töhfələr verir.
V.Cinhua “HUAWEI Azərbaycan” şirkətinin “Gözəl Azərbaycan” layihəsini qeyri-adi layihə adlandırıb və onun Çin-Azərbaycan əlaqələrinə mühüm töhfələr verəcəyini deyib. Bu layihə sayəsində bir çox Çin şirkətləri Azərbaycana gələcək, investisiya yatıracaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Nazim Cəfərov isə Azərbaycanda İKT, rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və həyata keçirilən layihələrə toxunaraq, ölkəmizin regional və qlobal layihələrin təşəbbüskarı kimi çıxış etdiyini qeyd edib.
Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyasının tətbiqi, nüvə energetikası sahəsində aparılan işlərdən danışan N.Cəfərov bu məqsədlə Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradıldığını, eyni zamanda “Azərspace”, “Azersky” peyklərinə malik olan ölkəmizdə kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində hazırda növbəti peyk layihələrinin icra edildiyini nəzərə çatdırıb.
Nazirliyin şöbə müdiri Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace-2”nin orbitə çıxarılacağını qeyd edib. O həmçinin bu il XXII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları “Bakutel 2016” sərgi və konfransının keçirilməsinin planlaşdırıldığını da bildirib.
Sonda tədbir iştirakçıları Çin şirkətinin ən son texnologiyalarının nümayiş etdirildiyi “HUAWEI İKT” sərgi avtobusuna baxış keçiriblər. Sərgi turu avqustun 18-dək davam edəcək.
Qeyd edək ki, AZƏRTAC-ın da tərəfdaşı olduğu “HUAWEI Azərbaycan”ın “Gözəl Azərbaycan” layihəsi “Gözəl Zəkalar”, “Gözəl Mədəniyyət”, “Gözəl İnsanlar” və “Gözəl Təbiət” adlı dörd hissədən ibarət uzunmüddətli sosial layihədir. “Gözəl Azərbaycan” layihəsinin məqsədi Azərbaycanı dünyada daha çox tanıtmaqdır. Layihə Bakı və Azərbaycanın müxtəlif regionlarını əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

