Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclası olub
09.08.2016 [09:30]
Ənənəvi olaraq hər il keçirilən Azərbaycan-Rusiya regionlararası forumu bu ilin oktyabrında Azərbaycanda təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu fikir avqustun 8-də Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında səsləndirilib.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmiz ilə Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının yaradılmasında məqsəd ölkələrimiz arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, eləcə də iş adamlarının əməkdaşlığını daha da genişləndirməkdir. İclasın Azərbaycan, Rusiya və İran prezidentlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli formatda görüşünə təsadüf etdiyini qeyd edən Ş.Mustafayev dövlət başçılarının görüşünün tarixi hadisə olduğunu, bu görüşün əməkdaşlığa yeni impuls verəcəyini vurğulayıb.
Diqqətə çatdırıb ki, ənənəvi olaraq hər il keçirilən və əlaqələrin inkişafında əhəmiyyətli olan növbəti Azərbaycan-Rusiya regionlararası forumunun bu ilin oktyabrında Azərbaycanda təşkili nəzərdə tutulur. Azərbaycan və Rusiya şirkətləri tərəfindən reallaşdırılan layihələr və qarşılıqlı investisiya qoyuluşları barədə danışan nazir müvafiq sahədə Qafqazda ən iri layihə olan “SOCAR Polymer”, dərman istehsalı və sair layihələr üzrə əməkdaşlığı, Azərbaycan şirkətlərinin Rusiyanın bir sıra regionlarında iri layihələr həyata keçirdiyini qeyd edib. İndiyədək Azərbaycan və Rusiya arasında son 3 ildə 30 biznes forum keçirilib.
Belə tədbirlərin iqtisadi əlaqələrin inkişafı, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından rolunu vurğulayan Ş.Mustafayev İşgüzar Şuraların fəaliyyətinə uğurlar arzulayıb.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ölkələrimiz arasında investisiya fəallığını qeyd edərək, maşınqayırma, investisiya, bank, gəmiqayırma və digər sahələrdə səmərəli əməkdaşlığı vurğulayıb. A.Ulyukayev Rusiya və Azərbaycan arasında əlaqələrin genişlənməsində Hökumətlərarası Komissiyanın rolunu diqqətə çatdırıb.
Rusiyalı nazir İşgüzar Şuraların iclasının dövlət başçılarının üçtərəfli sammitinə təsadüf etdiyini vurğulayaraq, iş adamları arasında əməkdaşlığın inkişafında İşgüzar Şuraların rolunu qeyd edib.
Sonra Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri İsgəndər Xəlilov və AZPROMO-nun rəhbəri Rüfət Məmmədov çıxış edərək, iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivlərindən danışıblar.
Tədbir Azərbaycan və Rusiya tərəfindən kənd təsərrüfatı, maşınqayırma, səhiyyə, bank, neft-qaz, energetika və sair sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkətin nümayəndəsinin iştirak etdiyi ikitərəfli görüşlərlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

