/ / Azərbaycan nümayəndə heyəti “Farnborough Airshow-2016” çərçivəsində aparıcı aviatikinti şirkətləri ilə razılaşmalar əldə edib
Azərbaycan nümayəndə heyəti “Farnborough Airshow-2016” çərçivəsində aparıcı aviatikinti şirkətləri ilə razılaşmalar əldə edib
14.07.2016 [09:42]
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada “Farnborough Airshow-2016” beynəlxalq aerokosmik salonunda iştirak edib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycan tərəfi “Boeing”, “İlyuşin”, “Antonov” və sair kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparıb.
“Boeing” şirkətinin baş vitse-prezidenti Marti Bentrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd “Boeing 737 MAX” təyyarəsinin tədarükü məsələsi müzakirə olunub. Eyni zamanda, görüşdə sözügedən layihənin maliyyələşdirilməsi məsələsi müzakirə edilib.
Həmin gün “Ukrayna aviatikinti şirkəti” Korporasiyasının şura rəhbəri Mixail Qvozdev və “Antonov” dövlət müəssisəsinin prezidenti Aleksandr Kotsyuba ilə Azərbaycanda “An-178” nəqliyyat təyyarələrinin istehsalı və texniki xidmət göstərilməsinin təşkili layihəsi üzrə danışıqların üçüncü mərhələsi keçirilib.
Həmçinin “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti C.Əsgərov və “İlyuşin Finans Ko.” şirkətinin baş direktoru Aleksandr Rubtsov arasında “MC-21” təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar aparılıb. Qeyd edək ki, iyun ayında tərəflər 10 yeni “MS-21” orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalayıblar. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulub.
Görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan “An-124-100” (Ruslan) təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə müqavilə imzalanıb. C.Əsgərov və Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) prezidenti Yuriy Slyusarın iştirakı ilə müqaviləni “Silk Way Holding”in prezidenti Zaur Axundov və “İlyuşin Finans Ko.” şirkətinin baş direktoru Aleksandr Rubtsov imzalayıblar.
“An-124-100” təyyarəsinin alınması Azərbaycan mülki aviasiyasının inkişafında yeni mərhələ olacaq, ölkəmizin dünya yük aviadaşımaları bazarında mövqelərini möhkəmləndirməyə və rəqabət üstünlüyünü artırmağa imkan verəcək. Son 10 il ərzində biz Heydər Əliyev Beynəlxalq Hava Limanını yük aviadaşımaları üzrə böyük nəqliyyat qovşağına çevirmişik. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb. Biz sərnişin aviadaşımaları sahəsində də bu uğurları qazanmaq üçün bütün səyləri göstəririk”, - deyə C.Əsgərov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

