/ / BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Azərbaycanın bu qurum çərçivəsində fəaliyyətini yüksək qiymətləndirir
BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Azərbaycanın bu qurum çərçivəsində fəaliyyətini yüksək qiymətləndirir
01.07.2016 [10:03]
Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov iqamətgahı Madrid şəhərində yerləşən BMT-nin Dünya Turizm Təşkilatının (DTT) baş katibi Taleb Rifai ilə görüşüb.
Səfir A.Məhərrəmov Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayıb, dövlətimiz tərəfindən bu sahənin inkişafına böyük əhəmiyyət verildiyini və turizm sektorunda islahatların uğurla davam etdirildiyini xüsusilə qeyd edib. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunmasını diqqətə çatdıraraq cari il sentyabrın 27-də Bakıda “Multikultural cəmiyyət və turizm” adlı birgə “dəyirmi masa”nın keçiriləcəyini və sözügedən tədbirin 27 sentyabr - Dünya Turizm Gününə və 29 sentyabr- Azərbaycanın DTT-yə üzv olmasının 15-ci ildönümünə təsadüf etdiyini bildirib.
T.Rifai 2016-cı ilin mart ayında Bakıya sonuncu səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilmiş səmimi görüşü xatırlayaraq Azərbaycanda son illər ərzində müxtəlif sahələrlə yanaşı, turizm sahəsində də aparılan islahatların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib. O, cari ilin iyun ayında Bakıda keçirilmış Formula-1 yarışını böyük maraqla izlədiyini bildirib, bu tədbirin yüksək səviyyədə və uğurla təşkilinə görə ölkəmizi təbrik edib.
Baş katib Azərbaycanın DTT-yə üzvlüyünün 15 illiyi münasibətilə təbriklərini çatdıraraq səmərəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
T.Rifai Azərbaycanın 2013-cü ildə DTT-nin İcraiyyə Şurasına üzv seçildiyini, həmçinin etika komitəsi üzrə işçi qrup çərçivəsində ölkəmizin sədrlik etdiyini söyləyib və oradakı fəal iştirakından razılığını bildirərək bu cür fəaliyyətin gələcəkdə Azərbaycanın irəli sürüləcək hər hansı bir namizədliyinin dəstəklənməsinə zəmin yaratdığını qeyd edib.
Baş katib Azərbaycan tərəfindən irəli sürülmüş “Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması” adlı təşəbbüsün 2015-ci ildə Şura üzvlərinin dəstəyi ilə qəbul edildiyini müsbət hal kimi qiymətləndirib və bununla da işğal olunmuş Dağlıq Qarabağ ərazisinə turist səfərlərinin təşkilinin qarşısının alınması üçün imkanın yaradıldığını xüsusi vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

