Samir Şərifov: Yenidən baxılmış büdcədə gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb
29.01.2016 [09:50]
2015-ci ilin yekunlarına görə, 1,4 milyard manat xəzinə qalığı yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, dünya iqtisadiyyatında baş verən prosesləri, 2014-cü ildə neftin ucuzlaşmağa başlaması və 2015-ci ildə də davam etdiyini nəzərə alaraq neftin büdcə xərclərində bəzi ixtisarların edilməsinə başlanılıb: “Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq”.
Nazir, həmçinin bildirib ki, 2016-cı ilin dövlət büdcəsində dürüstləşmə aparılıb, neftin baza qiyməti 25 dollardan götürülüb: “Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir”. S.Şərifov bu ilin ikinci yarısında neftin bahalaşmasını istisna etməyib.
Yenidən baxılmış büdcədə gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb. 2016-cı ilin təsdiq olunmuş büdcəsində büdcə gəlirləri 14,5 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmiş büdcədə gəlirlər 16,5 milyard manat səviyyəsində nəzərdə tutulub. Nazir deyib: “Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir. Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq. 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı vahid xəzinə qalığı 1,4 milyard manat məbləğində olub. Bu vəsaiti bu ilin dövlət büdcəsi kəsirinin örtülməsinə yönəldirik. Eyni zamanda, bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək”.
“2016-cı ilin yenilənmiş dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan təxminən 200 milyon manat az olacaq. Bu ilin dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar təsdiqlənmiş büdcədə nəzərdə tutulduğundan təxminən 200 milyon manat çox olacaq”, - deyə nazir əlavə edib.
Samir Şərifov fevralın əvvəlindən dövlət istiqrazlarının yerləşdirilməsinə başlanacağını deyib. Qeyd edib ki, Maliyyə Nazirliyinin bazara istiqraz buraxması təkcə dövlət büdcəsi kəsirinin bağlanması ilə bağlı deyil. Nazirin sözlərinə görə, onun rəhbərlik etdiyi qurum əvvəllər, yəni dövlət büdcəsi kəsiri olmayanda da bazara istiqraz buraxıb. “Burada məqsəd müəyyən bazar alətlərini yaratmaqdır. Məqsəd odur ki, banklar, sığorta şirkətləri öz vəsaitlərini yerləşdirə bilsinlər, banklar həmin istiqrazları girov kimi istifadə edərək borc ala bilsin. İstiqrazlarımızın bazara çıxarılması yaranmış vəziyyətlə də bağlıdır. 2015-ci ildə manatın ucuzlaşması ilə bağlı milli valyutaya etimad azalıb. Nəticə etibarilə, manatın satılması və xarici valyutanın alınması meylini müşahidə etdik. Bu səbəbdən dövriyyədə manat kütləsi kəskin azalıb, banklardan manat əldə etmək müşkülə çevrilib. Çünki, bankların aktivləri ABŞ dollarındadır. Bazara dövlət istiqrazlarının buraxılması manata etimadın bərpası məqsədini daşıyır. Buna görə, biz bazara manat istiqrazının buraxılması qərarına gəldik. Manat istiqrazları üzrə kifayət qədər yüksək səviyyədə faiz təklif etməyi qərara aldıq”, - deyə maliyyə naziri bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

