Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nəqliyyat layihələri Azərbaycan üçün yeni iqtisadi imkanlar açacaq

Nəqliyyat layihələri Azərbaycan üçün yeni iqtisadi imkanlar açacaq

14.01.2016 [09:26]

“Bakı-Tbilisi-Qars “(BTQ) və “Şimal-Cənub” nəqliyyat layihələrinin reallaşması ilə Azərbaycan nəinki Avropanın Hindistan və Çinə, eləcə də İranın Qafqaz bölgəsinə çıxışında başlıca əlaqələndirici həlqə olacaqdır”. Bunu “Trend”-ə müsahibəsində Türkiyənin Strategic Outlook analitik mərkəzinin vitse-prezidenti, Cənubi Qafqaz üzrə ekspert Məhmət Fateh Oztarsu bildirib. Onun sözlərinə görə, həmin layihələr iştirakçı dövlətlər arasında ticarət əlaqlərinin genişləndirilməsində çox mühüm vasitə olacaq.
“Hər iki layihə beynəlxalq arenada Azərbaycan üçün yeni iqtisadi imkanlar açacaq. Buna misal olaraq Panamanı göstərmək olar, hansı ki, bu ölkənin iqtisadiyyatının əsas hissəsini demək olar ki, Panama kanalından keçən nəqliyyat dəhlizi təşkil edir. Bu, enerji böhranı yaşadığımız hazırkı dövrdə çox aktual bir məsələdir”, - deyə o bildirib.
Ekspert həmçinin, vurğulayıb ki, Azərbaycan bacardıqca həmin layihələrin reallaşmasını tezləşdirməyə çalışmalıdır.
Məhmət Fateh Oztarsunun fikrincə , sözügedən layihələrin reallaşması regional problemlərin həllində də mühüm rol oynaya bilər.
“Bu layihələr, ölkələri iqtisadi cəhətdən bir-birinə yaxınlaşdırmaqla bərabər, eyni zamanda, tərəflər arasındakı fikir ayrılıqlarını da aradan qaldırmış olacaq”, - deyə ekspert vurğulayıb.

Paylaş:
Baxılıb: 1325 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30