Naxçıvan: Energetika sahəsində mühüm nailiyyətlər əldə olunub
06.01.2016 [09:20]
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən 2015-ci ildə xüsusi energetika proqramı icra olunub, yeni elektrik stansiyalarının tikintisi və elektrik təsərrüfatının istismar səviyyəsinin yaxşılaşdırılması diqqətdə saxlanılıb.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada yaşayış məntəqələrinin, istehsal müəssisələrinin daimi və dayanıqlı elektrik enerjisi ilə təminatı sahəsində həyata keçirilən tədbirlərin ən əhəmiyyətlisi dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi olub. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində görülən işlərin tərkib hissəsi olan 20 meqavatlıq Günəş Elektrik Stansiyası uzun illər abonentləri elektrik enerjisi ilə təmin edəcək. Bu gün də muxtar respublikada yeni elektrik stansiyalarının tikintisi diqqətdə saxlanılır. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavatlıq Ordubad Su Elektrik Stansiyası inşa olunur.
Ötən il Naxçıvan Modul Elektrik Stansiyasında mövcud olan 10 aqreqat və inzibati bina əsaslı təmir olunub, ehtiyat hissələri və yağ tədarük edilib. Araz Su Elektrik Stansiyasının turbinləri də təmir edilib, akkumulyator batareyaları yenilənib. Bundan başqa, yeni bina ilə təmin olunan “Araz” yarımstansiyasında müasir idarəetmə, mühafizə və avtomatika qurğuları quraşdırılıb. Heydər Əliyev Su Anbarı üzərindəki su elektrik stansiyasının, Biləv, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının da fasiləsiz fəaliyyəti təmin edilib və elektrik enerjisi istehsalı rejimə uyğun həyata keçirilib.
Energetika proqramına uyğun olaraq energetiklərin iş şəraitinin yaxşılaşdırılması, yüksəkgərginlikli transformator yarımstansiyalarının tikilməsi və elektrik verilişi xətlərinin çəkilişi davam etdirilib. Ötən dövrdə Kəngərli rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilib, işçilər mütəmadi olaraq mühafizə vasitələri və mövsümə uyğun geyim dəstləri ilə təmin olunublar. Bununla yanaşı, Kəngərli rayonunda 35 meqavolt-amper gücündə “Qıvraq”, 6300 kilovolt-amperlik “Qıvraq nasos” və Babək rayonunda 1260 kilovolt-amperlik “Nehrəm” yarımstansiyaları tikilib istismara verilib. Həmçinin Kəngərli rayonunda istifadəyə verilən yeni sənaye kompleksi üçün 110/10 kilovoltluq 10 meqavolt-amper güclü transformator yarımstansiyası quraşdırılıb. Ümumiyyətlə, 2015-ci ildə muxtar respublikanın yaşayış məntəqələrində 10/0,4 kilovoltluq müxtəlif güclü 44 transformator yarımstansiyası quraşdırılıb, 84 kilometrlik elektrik verilişi xətti çəkilib, 7,5 kilometr hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilib. İl ərzində Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 160 müxtəlif güclü transformator əsaslı təmir olunaraq istismara buraxılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

