/ / Nərimanov rayonunda cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Nərimanov rayonunda cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
06.08.2015 [00:47]
Avqustun 5-də Nərimanov rayon icra hakimiyyəti başçısı yanında Şuranın bu ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək iyulun 13-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdığını, həmin vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıq və göstərişlər verdiyini xatırladıb.
Hesabat məruzəsində Nərimanov rayonunun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə ilin birinci yarısında görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
İlk 6 ayın yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 112 milyon manatlıq məhsul istehsal olunduğu bildirilib. Ötən ilin müvafiq dövrünə nisbətən 95,3 faiz artım sürəti əldə edildiyi, istehlakçılara 1 milyard 134 milyon manatlıq və ya bütün sənaye məhsulunun 101,7 faizi qədər sənaye məhsulu göndərildiyi, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 88,4 faiz təşkil etdiyi, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2086 daimi iş yerinin yaradıldığı qeyd edilib.
Birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrasının uğurla həyata keçirildiyi bildirilərək ilk növbədə artıq şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin uzunluğu 15 kilometr olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadlarının və dam örtüklərinin yenidən qurulduğu, digər hissələrdə isə hasarların tikilərək müasir üzlük tavanlarla bəzədildiyi nəzərə çatdırılıb. Bildirilib ki, yeni inşa olunan Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri həyata keçirilib, stadionunun ətrafında sahəsi 15 hektar olan yamacda yaşıllıqlar salınıb, müxtəlif ağac və bəzək kolları əkilərək müasir suvarma sistemi quraşdırılıb. Həmçinin Böyükşor gölü ətrafında, Olimpiya Stadionuna yaxın ərazidə yeni bulvar zolağı salınaraq rayon sakinlərinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb.
Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq, istismar müddətini keçmiş və sökülmüş 8 yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 yaşayış binasının tikintisi davam etdirilib və həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Eyni zamanda, Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3A ünvanlarda inşa edilmiş yeni yaşayış binaları sakinlərin istifadəsinə verilib.
İclasda çıxış edən Milli Məclisin deputatı Adil Əliyev və başqaları rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən danışıblar. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb, Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Sonra Azərbaycan Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadova ali mükafat təqdim edilib.
Eyni zamanda, Milli Məclisin deputatı Adil Əliyevə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təsis edilən “Veteran həmrəyliyinə görə” medalı təqdim olunub.
Daha sonra rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub. Böyük Vətən müharibəsi veteranı, müharibədə göstərdiyi qəhrəmanlığa görə çoxlu orden və medallarla təltif olunmuş Nərimanov rayon sakini Qara Sarıyev də mükafat alanlar arasında olub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

