/ / Qubadlı rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib
Qubadlı rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib
01.08.2015 [10:35]
Qubadlı rayon İcra Hakimiyyətində (RİH) 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd edib ki, 2015-ci ilin birinci yarımilliyi iqtisadi baxımdan ölkəmiz üçün bir sıra uğurları ilə yaddaqalan olub.
Daha sonra RİH başçısının müavini Sahib Əliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, birinci yarımildə Qubadlı rayonundan olan qaçqın və məcburi köçkünlərin evlə təminatı məsələsi diqqət mərkəzində olub. Beyləqan rayonunda məskunlaşan 1 ailə, Saatlı rayonunda isə 5 ailə yeni mənzilə köçürülüb. Hesabat dövründə əhalinin aztəminatlı hissəsi də diqqətdə saxlanılıb. Rayon rəhbərliyi 2015-ci ilin birinci yarısında yas mərasimlərinin təşkili, xəstələrin müalicəsi və sair məsələlərlə bağlı aztəminatlı ailələrə maddi köməkliklər edib, bayramlarda onlara bayram sovqatları verib. Bunlardan əlavə rayon İcra Hakimiyyətində Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə tədbir keçirilib, 16 nəfər müharibə veteranına mükafatlar verilib.
Məruzəçi bildirib ki, 2015-ci ilin birinci yarımilində Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 186 ailənin hər bir üzvünə, eləcə də, ailələrə yardım təyin olunub. 2015-ci ilin birinci yarısında 9 nəfər Qarabağ müharibəsi əlili, 2 nəfər Böyük Vətən Müharibəsi əlili və 1 nəfər Çernobıl əlili yenidən avtomobil alınması üçün növbəyə qəbul edilib.
Bu ilin birinci yarımilində rayonun səhiyyə sektoru da öz fəaliyyəti ilə diqqət çəkib. Bakı şəhərində 10 min 656, Sumqayıt şəhərində 22 min 849, digər rayonlarda isə 2 min 649 nəfərin tibbi müayinədən keçirilməsi təmin edilib.
Hər zaman olduğu kimi, bu ilin birinci yarısında da rayonun ictimai həyatında əsas yeri Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı tutub. Hazırda partiya rayon təşkilatının üzvlərinin sayı 3 min 365-ə çatıb.
Daha sonra tədbirdə 22 iyun 2015-ci il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən təltif olunmuş Yuxarı Mollu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rafiq Hüseyn oğlu İsmayılova “Tərəqqi” medalı təqdim olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

