İsmayıllıda əsas kapitala investisiya qoyuluşu 9,4 faiz artıb
25.07.2015 [10:30]
İsmayıllıda cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hesabat məruzəsi ilə çıxış edib.
Diqqətə çatdırılıb ki, birinci yarım ildə rayonda 75 milyon 729 min manat məbləğində ümumi məhsul istehsal olunub. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 milyon 511 min manat çoxdur. Artım bütün sahələrdə, o cümlədən sənayedə 1,8 faiz, kənd təsərrüfatında 4,1 faiz, tikintidə 4,9 faiz və s. təşkil edib. Hesabat dövründə əsas kapitala investisiya qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artıb. 5 milyon 824 min manat dəyərində əsas fondlar istifadəyə verilib ki, bu da keçən ilin ilk altı ayındakı göstəricidən 5,3 dəfə çoxdur.
İqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında, o cümlədən taxılçılıqda, heyvandarlıqda dinamik inkişaf davam edib, üzüm plantasiyalarının, meyvə bağlarının sahələri genişləndirilib. Rayonun sosial-iqtisadi həyatında mühüm rol oynayacaq bir sıra layihələrin icrası davam etdirilib. Belə ki, Keyvəndi kəndində “AZZA Aqro” MMC tərəfindən 1500 başlıq iri heyvandarlıq təsərrüfatının, Qalınçaq kəndində “Şən fermer” MMC-nin quşçuluq təsərrüfatının, İsmayıllı şəhərində “Yaşıl market”in, M.F.Axundzadə küçəsində iki doqquzmərtəbəli yaşayış binasının tikintisi davam etdirilir. Gəraybəyli kəndində həkim məntəqəsinin inşası başa çatdırılaraq zəruri avadanlıqlarla təchiz olunub. Rayonda velosiped zavodunun tikintisi davam etdirilir və bu böyük sənaye obyektinin bu il açılışı nəzərdə tutulur. Yaxın vaxtlarda “Sənaye mərkəzi”nin yaradılması üçün hazırlıq işləri aparılır.
Hesabat yığıncağında təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirilən layihələr, əhalinin su, təbii qaz və elektrik enerjisi ilə təminatı istiqamətlərində də ətraflı müzakirələr aparılıb.
Məruzə və çıxışlarda həyata keçirilən böyük layihələrin, sosial-iqtisadi sahələrdə qazanılan uğurlu nəticələrin Prezident İlham Əliyevin Azərbaycanın hər bir bölgəsinə, o cümlədən İsmayıllıya göstərdiyi diqqət və qayğısının parlaq təzahürü olduğu vurğulanıb.
Hesabat yığıncağında regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramında İsmayıllı rayonu üçün nəzərdə tutulmuş layihələrdən, bu layihələrin həyata keçirilməsi sahəsində qarşıda duran vəzifələrdən də ətraflı danışılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

