Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
03.12.2014 [09:10]
Avtobusumuz nəqliyyat axınının intensiv olduğu küçədən çıxıb çox da sərt olmayan enişə doğru istiqamət götürəndə yolboyu mənzərə tamam dəyişdi. Sərnişinlər avtobusun pəncərələrindən gah sağa, gah da sola baxaraq göz önündə hər bir neçə metrdən sonra dəyişən təbiət mənzərələrini bir-birlərinə nişan verərək heyranlıqlarını ifadə edirdilər. Yamyaşıl təpələr, çəmənliklər, dekorativ çəpərlər, səliqə ilə sıralanan alçaq və hündür ağaclar, al-əlvan güllüklər bir-birini əvəzləyirdi. Hər şey o qədər səliqəli idi, o qədər zövq oxşayırdı ki, adamın gözlə gördüklərinə, bütün bunların canlı təbiət lövhələri olduğuna inanmağı gəlmirdi...
Söhbət şimal istiqamətindən paytaxtımıza gələn yolun Binəqədi rayonunun ərazisindən keçən hissəsinin sağ-solundan gedir. Burada qısa müddətdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib, magistral yolun kənarı simasını tamam dəyişib. Həm də belə göz oxşayan, insana sonsuz sevinc və rahatlıq bəxş edən gözəl mənzərələrə yalnız haqqında bəhs olunan ünvanda deyil, rayonun əksər küçələrində, mikrorayonlarında, məhəllələrində də rast gəlmək olar. Rayonun ərazisini gəzərkən yaranan təəssüratları belə ümumiləşdirmək mümkündür: Prezident İlham Əliyevin Azərbaycanı müasir ölkəyə çevirməklə bağlı qarşıya qoyduğu hədəflərin uğurla reallaşdırıldığını Binəqədinin timsalında aydın görmək mümkündür. Əlamətdar haldır ki, son illərdə Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə icrasına start verilən bir sıra sosial məzmunlu innovativ layihələr bütün respublika miqyasında böyük maraqla qarşılanıb.
Binəqədi rayonu üçün il ildən uğurlu gəlir
Qeyd edək ki, inzibati-ərazi vahidi kimi Binəqədi rayonunun özünəməxsus xüsusiyyətləri var. 169,38 kvadratkilometr ərazini əhatə edən rayonun əhalisinin sayı 400 min nəfərə yaxındır. Rayonun inzibati ərazisində 5 qəsəbə (Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May), 4 mikrorayon var. Burada, eyni zamanda, 7 və 8-ci mikrorayonların, Dərnəgül yaşayış sahəsinin ərazi hüdudlarını əhatə edən 1 saylı Sahə inzibati ərazi dairəsi (SİƏD), 6 və 9-cu mikrorayonların ərazi hüdudlarını əhatə edən 2 saylı Sahə inzibati ərazi dairəsi təşkil olunub. Rayonda 5 bələdiyyə fəaliyyət göstərir.
İnzibati-ərazi vahidi kimi özünəməxsusluğuna və kifayət qədər geniş təsərrüfata malik olmasına baxmayaraq, rayon rəhbərliyi Binəqədinin zəngin potensialını ümumi inkişafa yönəltməyi bacarır. Son dövrləri xarakterizə edən sosial-iqtisadi inkişaf dinamikasının müqayisəsini apardıqda Binəqədi rayonu üçün ilin ildən uğurlu gəldiyi aydın görünür. Bu cəhətdən 2014-cü il də istisna deyil. Cari ilin arxada qalan üç rübü ərzində rayonda sosial-iqtisadi sahədə inkişaf dinamikası ötən ilin eyni dövrü ilə müqayisədə daha yüksək olub. Belə ki, 2014-cü ilin yanvar-sentyabr aylarında rayon üzrə 171 milyon 410 min manatlıq və ya keçən ilin müvafiq dövründən 27,9 faiz çox sənaye məhsulu istehsal edilib və müxtəlif xidmətlər göstərilib. Haqqında bəhs olunan dövrdə müxtəlif maliyyə mənbələrindən əsas kapitala 138 milyon 802 min manat məbləğində investisiya yönəldilib ki, bunun da 105 milyon 870 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Rayon rəhbərliyi ölkədə davamlı olaraq həyata keçirilən sosial məzmunlu siyasətə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsini daim nəzarətdə saxlayır. Cari ilin 9 ayı ərzində rayonda 1827 ailəyə ünvanlı sosial yardım təyin edilib. Ümumiyyətlə, hazırda rayon üzrə 2559 ailə və ya 10200 nəfər ünvanlı sosial yardım alır. Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 260 nəfər tək ahıl vətəndaşa və əlilə xidmət göstərilir. Rayon ərazisində məskunlaşan 14689 məcburi köçkün ailəsinin sosial-məişət problemlərinin həlli də daim diqqət mərkəzində saxlanılır.
Son illərdə Binəqədi rayonunun sosial-iqtisadi inkişafından söhbət açarkən Prezident İlham Əliyevin 2014-cü il 17 yanvar tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlərin əhəmiyyətini ayrıca vurğulamaq lazımdır. Sözügedən Dövlət Proqramında Binəqədi rayonunda 40 tədbirin reallaşdırılması nəzərdə tutulub. Rayon ərazisində sözügedən Dövlət Proqramı çərçivəsində Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması və dağ velosipedi yarışları üçün veloparkın tikintisi uğurla davam etdirilir. Cari ildə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir aparılan 157 və 298 saylı orta məktəblər ən müasir avadanlıqla təchiz edilərək yeni tədris ili ərəfəsində şagirdlərin istifadəsinə verilib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev rayondakı 115 və 282 saylı orta məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə şəxsən tanış olub.
Rayon intensiv şəkildə abadlaşdırılır, qəsəbələrdə, mikrorayonlarda abad məhəllələr yaradılır, memarlıq və şəhərsalma intizamı möhkəmləndirilir
Son illərdə Binəqədi rayonu quruculuq-abadlıq meydanına çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin, digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir aparılıb və bu istiqamətdə işlər indi də davam etdirilir. Məsələn, Binəqədi, Sulutəpə, Xocasən, 28 May və Biləcəri qəsəbələrində məhəllədaxili yolların böyük hissəsi asfaltlanıb, yol kənarları abadlaşdırılıb. Cari ilin üç rübü ərzində rayonun abadlaşdırılmış ərazilərində 178 ədəd yeni işıq dirəyi quraşdırılıb, müxtəlif ünvanlarda 8 939 ədəd ağac, 285 435 ədəd gül çiçək və kol bitkiləri əkilib, 74 126 kvadratmetr çəmənlik salınıb.
Sakinlərin rahatlığı və istirahəti nöqteyi-nəzərindən rayon ərazisində yaradılan nümunəvi məhəllələrin əhəmiyyətini xüsusi vurğulamaq istərdik. Artıq rayonda sakinlər onlarca belə nümunəvi məhəllənin üstünlüklərindən bəhrələnirlər. Belə məhəllələr yaradılarkən bir qayda olaraq sakinlərin istəyi və təklifləri nəzərə alınır. Nümunəvi məhəllələrdə şəhər parklarına xas olan bütün rahatlıqlar yaradılır. Abad məhəllələrdə qonşuluqda yaşayan sakinlər birgə istirahət edirlər ki, bu da onların bir-birləri ilə daha sıx ünsiyyət qurmaları ilə nəticələnir.
Rayonda intensiv həyata keçirilən abadlıq-quruculuq işləri ilə paralel surətdə, memarlıq-şəhərsalma intizamının gözlənilməsinə də ciddi diqqət yetirilir. Qəsəbələrdə və mikrorayonlarda qanunsuz, küçə və meydanların ümumi memarlıq ansanblına xələl gətirən tikililərin qarşısı qətiyyətlə alınır. Tam cəsarətlə demək olar ki, hazırda Binəqədi rayonu paytaxtımızda pərakandə ticarətin ən nümunəvi qaydada təşkil olunduğu inzibati-ərazi vahidlərindəndir.
Rayonda “Təmiz Binəqədi” layihəsi uğurla reallaşdırılır
Binəqədi rayon İcra Hakimiyyəti daim sakinlər tərəfindən böyük rəğbətlə qarşılanan sosial təşəbbüslərlə çıxış edir. İcrasına cari il iyulun 1-dən start verilən “Təmiz Binəqədi” sosial layihəsi belə təşəbbüslərdəndir. Layihə gələn ilin yayında paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq mərhələsində Binəqədi rayonunun küçə və prospektləri boyunca binaların memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbələrdə və mikrorayonlarda, məhəllələrdə və istirahət guşələrində aparılan təmizlik-abadlıq işlərini intensiv şəkildə davam etdirmək məqsədilə irəli sürülüb. Layihədə diqqəti çəkən əsas məqam isə burada nəzərdə tutulan tədbirlərin reallaşdırılmasına bütövlükdə rayon ictimaiyyətinin cəlb edilməsi ilə bağlıdır.
Layihə çərçivəsində paytaxtımız, eləcə də Binəqədi rayonu üçün çox böyük əhəmiyyət kəsb edən bir sıra tədbirlər nəzərdə tutulub. “Ən təmiz obyekt”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz məktəb”, “Ən təmiz fərdi ev”, “Polietilensiz gün” və digər müsabiqələr “Təmiz Binəqədi” layihəsinin son dərəcə geniş sosial məzmun kəsb etdiyini təsdiqləyir. Layihə çərçivəsində keçirilən “Ən Təmiz Mənzil-Kommunal İstismar Sahəsi” müsabiqəsinə oktyabrın 1-də yekun vurulub. Müsabiqədə rayondakı mənzil-kommunal istismar sahələrinin əməkdaşları və sakinlər fəal iştirak ediblər. Ciddi rəqabət şəraitində keçən müsabiqədə 8-ci mikrorayonda yerləşən 1 saylı mənzil- kommunal istismar sahəsinin kollektivi qalib adını qazanıb. Müsabiqədə II yerə 7-ci mikrorayonda yerləşən 80 saylı, III yerə isə 9-cu mikrorayondakı 95 saylı MKİS layiq görülüb. Layihə çərçivəsində keçirilən “Ən təmiz bağ” müsabiqəsində isə 9-cu mikrorayon, Adil Məmmədov küçəsi-69 ünvanında yeni salınan məhəllədaxili istirahət parkı qalib olub. “Təmiz Binəqədi” layihəsi çərçivəsində “Polietilensiz gün” devizi altında rayonda keçirilən aksiya da geniş populyarlıq qazanıb. Təmizlik aksiyası rayonun bütün ərazisini əhatə edib. Sosial aksiya zamanı ərazilər plastik qablardan və digər tullantılardan təmizlənib, toplanan tullantılar təkrar emala göndərilib.
Layihə çərçivəsində nəzərdə tutulan bir sıra digər müsabiqələr hələ davam edir. Ümumiyyətlə, layihə çərçivəsində indiyədək hər həftənin şənbə günləri qəsəbə və mikrorayonların ərazisində 54 ünvanda iməciliklər keçirilib və bu iməciliklərə 1905 nəfər sakin qatılıb.
Binəqədi rayonunda innovativ idarəçilik metodunun tətbiqinə “yaşıl işıq” yandırılıb
Binəqədi rayonunda vətəndaş məmnunluğunu təmin etməyə hesablanan innovativ idarəçilik metoduna “yaşıl işıq” yandırılıb. Rayonda elektron informasiya köşklərinin təqdimatı deyilənlərin təsdiqidir. Rayon İcra Hakimiyyətində 2013-cü ilin əvvəlindən etibarən sakinlərlə daha operativ əlaqələr qurulmasını təmin etmək məqsədilə “1646”-sakinlərin müraciət xidməti yaradılıb. Ötən müddət ərzində rayon sakinləri tərəfindən bu xidmətə on minlərlə müraciət daxil olub. Rayon ərazisində müxtəlif ünvanlarda quraşdırılan elektron informasiya köşkləri vasitəsilə sakinlər rayon İcra Hakimiyyəti başçısının, onun müavinlərinin, aparatın şöbə müdirlərinin qəbul günlərinin cədvəli, İcra Hakimiyyəti başçısının ərazilərdə keçirdiyi səyyar görüşlər, ərizə formalarının nümunələri və sənədlərin siyahısı barədə məlumat ala bilərlər. Rayon ərazisində sakinlər üçün elektron qaydada müraciət imkanlarının yaradılması vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunmasında, süründürməçiliyin, korrupsiya və vəzifədən sui-istifadə hallarının aradan qaldırılmasında mühüm vasitədir. Qeyd edək ki, cari ilin oktyabr ayı ərzində sakinlərin müraciət xidməti-“1646”-ya 3850 zəng daxil olub və onlardan 3388 zəng müvafiq qaydada cavablandırılıb.
Mübariz ABDULLAYEV,
“Binəqədi rayon İcra Hakimiyyəti
və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnforamasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun birgə keçirdiyi
müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

