“Vergi sistemində şəffaflıq və əməletmə” mövzusunda IV illik Vergi Konfransı keçirilib
02.12.2014 [09:07]
Dekabrın 1-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi “Vergi Sistemində şəffaflıq və əməletmə” mövzusunda IV illik Vergi Konfransı keçirilib. Konfransı giriş sözü ilə açan AmCham-ın prezidenti İlqar Vəliyev vergi orqanları ilə işgüzar dairələr arasında olan əməkdaşlığın genişləndirilməsinin və tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb, vergi sistemində aparılan islahatların və ölkənin vergi mühitinin cəlbediciliyinin artırılması istiqamətində görülən işlərin biznes dairələri tərəfindən diqqətlə izləndiyini qeyd edib.
Bildirilib ki, maraq doğuran bir çox məsələlər barədə işgüzar dairələr və vergi orqanları arasında müzakirələrin keçirilməsinə xidmət edən vergi konfranslarının təşkili artıq ənənəvi xarakter alıb. İ.Vəliyev IV Vergi Konfransının əsas məqsədinin vergi siyasəti və harmonizasiya, korporativ əməletmə və vergi sisteminin modernləşdirilməsi mövzularında dialoqun yaradılması olduğunu bildirib.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ölkədə elektron hökumətin qurulmasının iqtisadi sistemin şəffaflaşmasına xidmət etdiyini vurğulayaraq, vergi inzibatçılığının təkmilləşdirilməsinin təkcə vergi orqanlarının fəaliyyətinə deyil, ümumilikdə vergi öhdəliklərinin yerinə yetirilməsinə və könüllü əməletmə səviyyəsinin artmasına müsbət təsir etdiyini bildirib.
Konfransda çıxış edən vergilər nazirinin müşaviri Akif Musayev ölkəmizin vergi sistemində aparılan islahatlar haqqında məlumat verib. AmCham və digər ictimai təşkilatlarla keçirilən işgüzar görüşlərin əhəmiyyətini qeyd edən natiq əvvəllər keçirilən konfranslarda biznes strukturlarının və onların ictimai təşkilatlarının qaldırdığı bir çox məsələlərin ətrafında aparılmış müzakirələrin ölkədə biznes mühitinin yaxşılaşdırılmasına yardım etdiyini bildirib.
Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Şahin Sadıqov Nazirlər Kabinetinin bu sahədəki fəaliyyətinin təşkilində özəl sektor nümayəndələri ilə əməkdaşlığın vacibliyini və IV illik Vergi Konfransının sektorlararası dialoqun inkişafına xidmət etdiyini vurğulayıb.
Sonra Konfrans öz işini sessiyalarda davam etdirib, vergi orqanı və özəl sektoru təmsil edən mütəxəssislər vergi siyasəti və harmonizasiya, korporativ uyğunluq: beynəlxalq təcrübə və Azərbaycan, vergi sistemində modernizasiya məsələləri və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri çıxış ediblər. Konfransın işində Milli Məclisin və Nazirlər Kabinetinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

