İran nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olub
02.10.2014 [09:49]
İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Gömrük İdarəsinin rəhbəri Məsud Kərbasiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev qonşu ölkələr olan Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, 2014-cü ildə Azərbaycan və İran prezidentlərinin Davos, Tehran və bu günlərdə Həştərxanda keçirilmiş görüşləri ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfədir. Bu gün siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın genişləndirilməsinə də əlverişli zəmin yaradır.
Ş.Mustafayev Azərbaycan və İran arasında gömrük sahəsində də əməkdaşlığın genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında müsbət rol oynadığını vurğulayıb. Nazir Biləsuvar-Culfa (İran) dövlət sərhədində buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçməsi və cümə günləri də işləməsinə dair qərarı təqdir edib. Bildirilib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş iclasında əldə olunmuş razılaşmaya əsasən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi üçün işlər bundan sonra da davam etdiriləcək.
M.Kərbasiyan Azərbaycanda aparılan quruculuq-abadlıq işlərini yüksək qiymətləndirib. İran gömrük idarəsinin rəhbəri son illər digər sahələrdə olduğu kimi, gömrük sahəsində də əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib. Həmçinin İran və Naxçıvan arasında viza prosedurlarının sadələşdirilməsinin və müvafiq rüsumun azaldılmasının əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

