/ / Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələrin inkişafının əsas istiqamətləri müzakirə olunub
Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələrin inkişafının əsas istiqamətləri müzakirə olunub
16.09.2014 [09:57]
Sentyabrın 15-də Bakıda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 14-cü iclası keçirilib.
AzərTAc xəbər verir ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov uzun fasilədən sonra hökumətlərarası komissiyanın iclasının keçirilməsini müsbət dəyərləndirib. “Əminəm ki, Rusiyanın belə geniş tərkibdə Azərbaycana gələn nümayəndə heyəti ilə danışıqlar ikitərəfli əməkdaşlığa böyük təkan verəcək. Bu gün Azərbaycan Prezidenti ölkələrimiz arasında gələcək inkişafın istiqamətlərini qeyd etdi və bizim münasibətlərə yüksək qiymət verdi”, - deyə Y.Eyyubov vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, Rusiya daim Azərbaycan üçün ən yaxın dost və qonşu ölkədir: “Biz daim bir yerdə yaşamış və əməkdaşlıq etmişik. Dünyanın bu mürəkkəb vaxtlarında da daim bir yerdə olmalıyıq. Biz birlikdə həmişə güclü olacağıq. Rusiya qüdrətli və zəngin təbii sərvətlərə malik ölkədir”.
Son vaxtlar ölkələrimiz asında əlaqələrin daha da intensivləşdiyini bildirən Rusiya Baş nazirinin müavini Dmitri Roqozin məlumat verib ki, bugünkü iclasda iki ölkə prezidentləri arasında əldə edilən razılaşma əsasında qaldırılan məsələlər müzakirə olunacaq. Bu məsələlər çox geniş sahələri əhatə edir.
Rusiya Baş nazirinin müavini bildirib ki, Rusiya iqtisadiyyatının çətin dövrlər yaşadığı bir vaxtda ölkələrimiz daha da yaxınlaşır. Hazırda Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və onun məhsullarının Rusiya bazarlarına çıxarıldığını bildirən D.Roqozin deyib: “Artıq müştərək müəssisələrin yaradılmasının vaxtı çatıb. Bu müəssisələr həm kənd təsərrüfatı, həm də sənaye sahələrini əhatə edə bilər. Bu gün biz Azərbaycan Prezidenti tərəfindən qaldırılan enerji məsələləri üzrə yüksək işçi qrupunun yaradılmasını da müzakirə edəcəyik”.
D.Roqozin diqqətə çatdırıb ki, 2013-cü ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 3,6 milyard dollar təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə həmin göstərici 2,2 milyard dollar olub. “Rusiya hazırda Azərbaycanın istehsal etdiyi məhsullara ehtiyac duyur və bunun üçün ölkənizin əlavə resursları var”, - deyə D.Roqozin əlavə edib.
Danışıqlar zamanı iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafının vəziyyəti və əsas istiqamətləri, gömrük, nəqliyyat, rabitə və informasiya texnologiyaları, fövqəladə hallar barədə xəbərdarlıq və onların qarşısının alınması, Rusiya Federasiyasının subyektləri ilə regional əlaqələr, humanitar sahədə, hüquq-müqavilə bazasının vəziyyəti və inkişafı sahələrində əməkdaşlıq barədə müzakirələr aparılıb.
İclasın yekununda ikitərəfli sənədlər imzalanıb. İclasın protokoluna əsasən, komissiyanın növbəti iclası gələn il Yekaterinburqda keçiriləcək 6-cı Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

