İran nümayəndə heyəti Sumqayıtda bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub
07.08.2014 [09:51]
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olan qonaqlara Sənaye Parkının 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında yaradıldığı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli sənaye istehsalını inkişaf etdirmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, sənaye sahəsində məşğulluğu artırmaq, sahibkarlığı dəstəkləmək, ölkə iqtisadiyyatının ixrac və rəqabət qabiliyyətini, idxalı əvəz edən məhsulların istehsalını artırmaq, investisiyalar və müasir texnologiyalar cəlb etmək məqsədilə yaradılan parkın fəaliyyəti üçün 295,5 hektar sahə ayrılıb. SKSP ölkəmizdə qeyri-neft sənayesinin inkişafına, yerli və xarici investisiyaların cəlb edilməsinə və yeni rəqabətqabiliyyətli məhsul istehsalına töhfəsini verəcək.
Qonaqlara SKSP-də investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə də ətraflı məlumat verilib.
Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanışlıq zamanı qeyd olunub ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın qeyri-neft sektorunda xüsusi yer tutur. 250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır. Qonaqlara zavodların strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib, parkın bütün müəssisələrinin yüksək texnologiya ilə təchiz edildiyi vurğulanıb.
İran nümayəndə heyəti, həmçinin “Gilan” Tekstil Parkında olub. Diqqətə çatdırılıb ki, Parkda Azərbaycan pambığından ən müasir standartlara cavab verən tekstil məhsulları istehsal edilir. “Gilan” Tekstil Parkına daxil olan müəssisələrin avadanlıqları Avropa texnologiyası əsasında qurulub. Hazırda parkda müxtəlif növ parça, yataq dəstləri və digər trikotaj məhsulları, həmçinin müxtəlif təyinatlı odadavamlı, sukeçirməz xüsusi formalar, hərbi və idman geyimləri istehsal olunur.
Müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsalı qonaqların marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

