/ / Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
03.06.2014 [09:14]
İyunun 2-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Rusiya ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib. Nazir qonşu ölkələr olan Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də əməkdaşlıq genişlənir, son illər ərzində Azərbaycan-Rusiya ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. İki ölkə arasında, ümumilikdə, 160-dan çox, o cümlədən iqtisadi sahədə indiyədək 30-dan artıq sənəd imzalanıb, möhkəm müqavilə-hüquq bazası yaradılıb.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla çalışırlar.
Qarşılıqlı investisiyaların əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev, Rusiya Federasiyası tərəfindən Azərbaycana 1,8 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiyaya yatırılmış birbaşa investisiyaların həcminin 1 milyard ABŞ dollarından artıq olduğunu vurğulayıb.
Görüşdə ticarət-iqtisadi əməkdaşlığın inkişafı perspektivləri, həmçinin iqtisadi sahədə hüquq-müqavilə bazasının daha da genişləndirilməsi məqsədilə sənəd layihələrinin - Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında Saziş barədə müzakirələr aparılıb.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
Görüşdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəddə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı, hər iki ölkə sahibkarları arasında əməkdaşlığın təşviqi və yeni əlaqələrin yaradılması məsələləri əksini tapıb.
Səfər çərçivəsində Rusiya Federasiyasının nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

