/ / Energetika məsələləri üzrə ekspert Devid Koranyi: Mən “Cənub” qaz dəhlizini çox vaxt Azərbaycan dəhlizi adlandırıram
Energetika məsələləri üzrə ekspert Devid Koranyi: Mən “Cənub” qaz dəhlizini çox vaxt Azərbaycan dəhlizi adlandırıram
20.05.2014 [08:56]
Cənubi Kaliforniya Universitetində keçirilmiş “Cənub” qaz dəhlizi layihəsinin geosiyasi nəticələri” mövzusunda konfransın birinci panel iclasında Avropa Xarici İşlər Xidməti yanında diplomat və Avropa İttifaqının Vaşinqtondakı nümayəndə heyətinin müşaviri Kristian Berqsmüller və Vaşinqtonda Atlantika Şurası nəzdində Dinu Patrisiyu Mərkəzinin direktoru vəzifəsini icra edən Devid Koranyi çıxış ediblər.
K.Berqsmüller “Avropa İttifaqının “Cənub” qaz dəhlizinə baxışı” mövzusunda məruzəsində Avropada qaz istehlakının səviyyəsi barədə söhbət açaraq deyib ki, Kanada ABŞ üçün həm qaz təchizatçısı, həm də dost və müttəfiq olduğu kimi, Norveç də Mərkəzi Avropa ölkələri üçün həm qaz təchizatçısı, həm də dost və müttəfiqdir. Sonra o, qitənin qazla təchizatını şaxələndirməyin zəruriliyini qeyd edib. O deyib ki, Rusiya Avropanın əsas qaz təchizatçısı olaraq qalır, lakin qitə ölkələri “Bütün yumurtaları bir səbətə yığma” məsəlinə riayət edir və alternativ təchizatçılar axtarırlar. Berqsmüller “Cənub” qaz dəhlizi layihəsi ilə əlaqədar qeyd edib ki, bu layihə Avropanı qazla təmin edən alternativ mənbə olmaqla yanaşı, həm də Qafqaz regionunun Avropa ilə yaxınlaşması və sıx əməkdaşlıq etməsi üçün şərait yaradacaq.
Atlantika Şurasının nümayəndəsi Devid Koranyi “Cənub” qaz dəhlizi və Avropanın enerji təhlükəsizliyi Trans-Atlantik kontekstdə” mövzusunda məruzəsində son illərdə, o cümlədən 2009-cu ildə Avropaya qaz nəqlində yaranmış böhranlar haqqında məlumat verib və vurğulayıb ki, bu böhranlardan sonra qaz nəqlinin şaxələndirilməsi zərurəti daha da artıb. D.Koranyi “Cənub” qaz dəhlizinin Avropa ölkələri üçün əhəmiyyətini qeyd edərək bildirib ki, Azərbaycan bu layihənin həyata keçirilməsinə tərəfdardır və bunun üçün çox səy göstərir. D.Koranyi deyib: “Başqalarının bacarmadığını Azərbaycan edə bilmişdir, buna görə mən “Cənub” qaz dəhlizini çox vaxt Azərbaycan dəhlizi adlandırıram”.
O, gələcəkdə “Cənub” qaz dəhlizi vasitəsilə Avropaya nəql edilən qazın həcminin artırılması üçün Türkmənistan, Şimali İraq və Şərqi Aralıq dənizi bölgəsi kimi potensial qaz mənbələri barədə konfrans iştirakçılarına məlumat verərək ümidvar olduğunu bildirib ki, gələcəkdə qaz nəqlinin həyata keçirilməsi üçün bu regionlardakı dövlətlər arasında mövcud problemlər uğurla həll ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

