Aydın Hüseynov: 2014-cü ilin birinci rübü əlamətdar iqtisadi və sosial hadisələrlə yadda qalıb
15.04.2014 [09:16]
“2014-cü ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri yeni maliyyə ilinin uğurlu başlanğıcından xəbər verir və Azərbaycanın davamlı inkişafının sürətləndiyini təsdiqləyir. Cari ilin ilk rübündə ölkəmizdə iqtisadiyyatın artımı davam edib və ümumi daxili məhsul 2,5 faiz artıb. Bu, dünya ölkələrinin iqtisadi vəziyyəti ilə müqayisədə ən yaxşı göstərici hesab oluna bilər. Xüsusilə də, qeyri-neft sektorunda yüksək artım qeydə alınıb ki, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı siyasətin uğurlu nəticələr verdiyini göstərir”. Bu barədə YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə fikirlərini bildirərkən deyib.
Aydın Hüseynov qeyd edib ki, 2014-cü ilin birinci rübündə iqtisadiyyatın və sosial sahənin bütün bölmələrində inkişaf dinamikası müşahidə edilib. “Ölkəmizin milli inkişafı və ixrac coğrafiyasının ildən-ilə artması strateji valyuta ehtiyatlarının həcminin yüksəlməsinə səbəb olub və hazırda valyuta ehtiyatlarının həcmi 53 milyard dolları ötüb. Bu, çox yüksək göstəricidir və ölkəmizin milli iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan hazırda regionda ən az xarici borca malik ölkədir, xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir və bu da respublikamızın güclü iqtisadiyyatının olmasından xəbər verir. Həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərməkdədir. Birincü rübdə orta aylıq əməkhaqqı 7 faiz yüksəlib və ötən dövr ərzində iqtisadiyyatın bütün bölmələrində çalışan insanların gəlirlərində əhəmiyyətli artım baş verib, əhalinin banklardakı əmanətləri 20 faizdən çox artıb.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini qeyd edib ki, cari ildə ölkəmizin milli enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində də səylər artıb və TANAP, eləcə də TAP layihələrinin icrasına başlanılıb. “Sənaye ili” çərçivəsində yeni sənaye müəssisələrinin inşası davam etdirilib, sənaye texnoparkları layihəsi ilə bağlı işlər sürətləndirilib, xarici sərmayəçilərin bu sahəyə cəlb olunması istiqamətində razılaşmalar əldə edilib. Azərbaycan iqtisadiyyatının hazırkı uğurlu inkişafı qarşıdakı aylarda daha da sürətlənəcək və 2014-cü il əlamətdar iqtisadi və sosial hadisələrlə yadda qalacaq. Davam etdirilən islahatlar və əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan 2014-cü ili regionda ən sürətli inkişafla başa vuran ölkələrdən olacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35

