İranda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin infrastrukturuna baxış keçirilib
14.10.2025 [16:05]
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqinin rəhbərlik etdikləri nümayəndə heyətləri Astaraya səfər edərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin vacib infrastruktur layihələrinə baxış keçiriblər.
AZƏRTAC xəbər verir ki, səfər zamanı Astaraçay üzərində salınan avtomobil və dəmir yolu, eləcə də gömrük-keçid məntəqəsi barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay üzərində beynəlxalq standartlara cavab verən yeni avtomobil körpüsü və sərhəd-keçid məntəqəsi yenidən qurularaq istismara verilib. Körpünün buraxılış imkanı hər tərəfə gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ümumilikdə 1000 ədəd yük nəqliyyat vasitəsi təşkil edir.
Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpünün təməli 25 yanvar 2022-ci ildə qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97,5 metr, eni isə 30,5 metrdir. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolaq, həmçinin hər birinin eni 2,5 metr olan 2 piyada keçidi tikilib. Körpü yük avtomobillərinin daha əlverişli şəraitdə hərəkətinə geniş imkan yaradıb. Yeni körpü və müasir tələblərə cavab verən gömrük-keçid məntəqəsi avtomobillərin uzun müddət gözləməsinin qarşısını alır və yükdaşımanı asanlaşdıraraq sürücülərin rahatlığını təmin edir.
Daha sonra “Azərbaycan Dəmir yolları” QSC-nin İranın Astara şəhərində inşa etdiyi Cənub Yük Terminalının tikinti işlərinin gedişi ilə tanışlıq olub. Qeyd olunub ki, texniki işlərin 94, tikinti işlərinin isə 81 faizi başa çatdırılıb. Terminalda 5000 kvadratmetr qapalı və açıq anbarlar, taxıl, meyvə terminalları və 19 min 773 kvadratmetr konteyner platforması tikilib. Terminalın hazırkı illik yükaşırma imkanı 1 milyon ton təşkil edir və onun 5 milyon tona qədər artırılması nəzərdə tutulur. Tikinti işlərinin 2025-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Ötən il Cənub Yük Terminalından 800 min ton yük aşırılıb.
Nümayəndə heyətləri, həmçinin İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisinə baxış keçiriblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

