Sənaye zonalarında xarici investorların sayı artır
14.08.2025 [11:20]
Son 10 ildə sənaye zonalarında 15,4 milyard manatdan çox məhsul istehsal olunub
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında indiyədək 15-dən çox xarici kapitallı şirkət rezident kimi qeydiyyatdan keçib. Sənaye zonalarında İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Tailand, Çin, Pakistan, Türkiyə, Bolqarıstan, Litva, Özbəkistan, Rusiya, İran və digər ölkələrdən olan şirkətlər müxtəlif sahələr üzrə istehsal fəaliyyəti ilə məşğuldur. Onların fəaliyyət istiqamətləri arasında tikinti kimyəvi vasitələri, keramik plitələr, mühərrik və sənaye yağlarının təkrar emalı və baza yağlarının istehsalı, kalium sulfat gübrəsi, elektrik avtomatları və sayğacları, dəri məmulatları, mətbəx avadanlıqları (tava və qazan), bioloji aktiv qida əlavələri və dərman vasitələri, avtomobil hissələri və nəqliyyat vasitələri kimi sahələr yer alır.
İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, 2025-ci ilin yanvar-iyul aylarında sənaye zonalarında 4 yeni xarici kapitallı şirkət rezident kimi qeydə alınıb. Bu şirkətlər Çin, Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri mənşəlidir. Onlar tərəfindən təqdim edilən layihələrin ümumi dəyəri 200 milyon manatdan çoxdur. Yeni layihələr çərçivəsində tekstil klasterinin yaradılması, lift və transformator istehsalı, eləcə də elektrik avtobuslarının istehsalı nəzərdə tutulur. Bu layihələr nəticəsində təxminən 3000 yeni iş yerinin yaradılması planlaşdırılır.
Qeyri-neft sənayesi məhsullarının ixracı kəskin yüksəlib
Ölkəmizdə sənayenin yeni modellərindən biri olan sənaye zonaları dayanıqlı iqtisadi artım və sənayenin inkişafında mühüm rol oynayır. Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar kimi səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır. Ölkəmizdə 9 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 4 sənaye məhəlləsi - Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur.
Sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Sənaye parklarının rezidenləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyədək 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət edib. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə - kommunal xidmətlər üzrə, məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin müəyyən edilmiş bir sıra iqtisadi fəaliyyət sahələri üzrə xammal və materialların idxalının əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması ilə bağlı güzəştlər tətbiq edilir.
Sənaye zonalarına indiyədək yatırılan ümumi investisiyanın həcmi 6,9 milyard manat təşkil edib. Hazırda bu zonalarda 84 müəssisə fəaliyyətə başlayıb və 11000-ə yaxın yeni iş yeri yaradılıb.
Son 10 ildə sənaye zonalarında istehsal olunan 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib. 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 1,07 milyard manatlıq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.
2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6 faiz, qeyri-neft sənayesi məhsullarının ixracında isə 26 faiz təşkil edib.
Azad ərazilər sənaye istehsalına töhfə verir
İşğaldan azad edilmiş ərazilərdə yeni yaradılan sənaye müəssisələrinin fəaliyyətə başlaması da sənaye intibahında öz əhəmiyyətini artırır. Son 2-3 il ərzində burada fəaliyyətə başlayan sənaye müəssisələrinin sayı hazırda 150-ə çatıb ki, bu da olduqca mühüm göstərici hesab edilə bilər. Sənaye müəssisələrinin 80 faizi Qarabağ iqtisadi rayonunun, 20 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşür. Azad edilmiş ərazilərdə sənaye fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış fərdi sahibkarların sayı da artmaqdadır.
Azad ərazilərdə fəaliyyət göstərən sənaye sektorunda istehsal və emalın həcmində də əhəmiyyətli artımlar baş verib. 2024-cü ildə bu ərazilərdə istehsal olunmuş sənaye məhsulunun dəyəri təxminən 320 milyon manat təşkil edib. Ümumilikdə, bu bölgədə son bir il ərzində bütün sənaye məhsulları üzrə istehsalın həcmi 45-50 faiz arasında böyüyüb. Ən çox sənaye məhsulu Ağdamda istehsal edilib.
Bu ərazilərdə yaradılan sənaye parkları isə sənaye istehsalının onurğa sütununu təşkil edir. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb. Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 330 milyon manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlıq subyektləri tərəfindən sənaye parklarında 2900-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur. Həmin parkların hər biri yerləşdiyi ərazinin coğrafi və iqtisadi spesifikasına, sənaye xüsusiyyətlərinə uyğun olaraq müxtəlif adda sənaye məhsulları istehsal etməklə ölkəmizin sənaye iqlimini zənginləşdirib. İndiyədək rezidentlər tərəfindən sənaye parklarına 89 milyon manatdan çox investisiya yatırılıb, 350-dan artıq daimi iş yeri yaradılıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

