İstanbulda 28-ci Avrasiya İqtisadi Zirvəsi işə başlayıb
07.05.2025 [15:03]
İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan 28-ci Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu il “Yaşanabilən bir dünya üçün dialoq” mövzusunda təşkil edilən tədbirdə 50-yə yaxın ölkədən 300-dən çox siyasətçi, diplomat, akademik, dini lider və iş adamının iştirakı gözlənilir.
İki gün davam edəcək tədbirdə qlobal iqtisadiyyat, iqlim böhranı, miqrasiya, ticarət müharibələri və regional sabitlik kimi mövzularda fürsət və təhdidlər bütün aspektləri ilə müzakirə olunacaq.
Bu gün keçirilən açılış mərasimində çıxış edən İstanbul valisi Davut Gül, Türkiyə İxracatçılar Məclisinin (TİM) sədr müavini Ahmet Fikret Kileci, Mərmərə Qrupun rəhbəri Akkan Suver dünyada baş verən miqrasiya və ticarət müharibələri kimi qlobal problemlərin əsas səbəbinin beynəlxalq sistemin ədalətsizliyi, iqtisadi balansın pozulması ilə əlaqələndiriblər. Həmçinin dünyada baş verən dəyişikliklər və transformasiyanın sürətləndiyi bildirilərək bu prosesə uyğunlaşmağın əhəmiyyətli ola biləcəyi qeyd olunub. Qeyd olunub ki, qlobal sistem müharibələr, terrorizm və iqtisadi dalğalanmalara qarşı ortaq reaksiya verə bilmir. Bu dövrdə dialoq, anlaşma və regional əməkdaşlıq hər zamankından daha çox əhəmiyyət kəsb edir.
Zirvə çərçivəsində “Qlobal liderlərin rolu” başlığı altında təşkil olunacaq paneldə beynəlxalq siyasətə yön verən liderlərin populizmdən bəhrələnən yeni diplomatiya üslubu müzakirə ediləcək.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancar builki zirvə toplantısının şərəf qonağıdır.
Xatırladaq ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi yaradılmasının 40-cı ildönümü münasibətilə 16 nominasiya üzrə mükafat təsis edib. Vəqfin əbədiyyətə qovuşan üzvlərinin və könüllülərinin adlarının yaşadılması məqsədi daşıyan nominasiyalar arasında Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xatirəsinə “Türk Dünyası Mükafatı” da var. Ümummilli Liderin adına həsr edilən mükafata Aziz Sancar layiq görülüb.
Mükafatlar “Süleyman Dəmirəl-Demokratiya”, “Zhelyu Zhelev-Fəlsəfə”, “Erhard Busek-İdarəçilik”, “Bernard Levis-Tarix”, “Corc Maroviç-Mədəniyyətlərarası Dialiq”, “Şahap Kocatopçu-İxracat”, “Hüsamettin Kavi-Sənaye”, “Jak Kamhi-Sevgi və Sülh”, “Ahmet Samsunlu- Ətraf Mühit”, “Yüksel Çengel-Siyasət”, “Ogan Soysal-Xarici İşlər”, “Yalçın Sönməz-Sənaye Bölgəsi”, “Orsçelik Balkan-Yaradıcı Düşüncə”, “Sami Kohen-Media” və “Hadi Türkmen-Əngəlsiz Həyat” nominasiyaları üzrə hazırlanıb.
28-ci Avrasiya İqtisadi Zirvəsində mükafatlar sahiblərinə təqdim ediləcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

