Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Trans-Xəzər marşrutu layihələri Astana və Brüsselin diqqət mərkəzindədir

Trans-Xəzər marşrutu layihələri Astana və Brüsselin diqqət mərkəzindədir

01.04.2025 [11:35]

Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu ilə Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprays arasında Astanada keçirilən görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi, investisiya əməkdaşlığı və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər Aİ-nin Mərkəzi Asiya üzrə strategiyası çərçivəsində dialoqun davam etdirilməsinin və davamlı inkişaf, rəqəmsallaşma və iqlim gündəliyi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Yaşıl transformasiya və regionun Aİ ilə nəqliyyat-logistika əlaqəsi məsələlərinə xüsusi diqqət yetirilib. Bu kontekstdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinin zəruriliyi qeyd olunub.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.

Paylaş:
Baxılıb: 335 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30