Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Ələt Azad İqtisadi Zonasında olub
17.12.2024 [12:20]
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov dekabrın 17-də Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, ƏAİZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov və Tatarıstanın Rəisi Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən görüş zamanı Ələt Azad İqtisadi Zonasının fəaliyyəti, unikal qanunvericilik bazası, eləcə də müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş, istifadəyə hazır daxili və xarici torpaq sahələri haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, 2023-cü ildən fəaliyyət göstərən FEZ1 Standart sənaye zonasında ümumi ərazisi 30 hektar olan investor sahələri mövcuddur. Diqqətə çatdırılıb ki, Ələt Azad İqtisadi Zonasında ümumilikdə 27 investor qeydiyyatdan keçib. Bunlardan dörd investor sahəsində fəal tikinti işləri aparılır.
Qeydiyyatdan keçmiş daha üç investor isə 2025-ci ilin əvvəlindən tikinti işlərinə başlayacaq.
Bildirilib ki, investor sahələrinə tələbat nəzərə alınaraq 18 ay əvvəl ümumi sahəsi 138 hektar olan yeni ərazidə infrastruktur işlərinə başlanılıb. Bu işlərin 2025-ci ilin birinci yarısında tamamlanması planlaşdırılır.
Bununla yanaşı, ağır sənaye təyinatlı FEZ3 adlı ərazidə də infrastruktur quruculuğu işləri aparılır. Ümumi sahəsi 350 hektar olan ərazidə tikinti işləri fəal davam edir.
Eyni zamanda, ümumi sahəsi 4313 hektar olan 4-cü zonanın 748 hektarlıq hissəsində SW-AFEZCO şirkətinə məxsus hava limanının tikinti-quruculuq işləri sürətlə davam edir. Hava limanı xüsusilə innovativ texnologiyalar və farmaseptik məhsulların istehsalı üzrə müəssisələr üçün nəzərdə tutulub.
Görüşdən sonra Tatarıstan Rəisi Rüstəm Minnixanov tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına üç ədəd mikroavtobus hədiyyə edilib. Mikroavtobuslar Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59

