Ən mükəmməl «Nissan-Altima»nın təqdimatı keçirilib
07.02.2013 [10:21]
« Nissan» markalı avtomobillərin Azərbaycanda rəsmi distributoru olan «Nurgün Motors» şirkəti tam yenilənmiş «Nissan-Altıma»nın 2013-ci il modelinin media nümayəndələri üçün təqdimat mərasimini keçirib. Mərasimdə çıxış edən şirkətin Marketinq departamentinin müdiri Vasif Əliyev yeni modelin Asiya qitəsində Dubaydan sonra ikinci dəfə məhz Bakıda təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, bu, hər şeydən əvvəl, Azərbaycanın sürətli iqtisadi inkişafından, eləcə də , ölkəmizə xarici şirkətlər tərəfindən olan inam və etibardan irəli gəlir. Sonra şirkətin marketinq meneceri İlkin Qurbanov «Nissan-Altıma»nı KİV nümayəndələrinə təqdim edib. O, qeyd edib ki, yeni modelin qlobal təqdimatı zamanı «Nissan»ın Yaxın və Orta Şərq regionu üzrə baş meneceri Atsuo Kosaka «Altima»nı belə xarakterizə edib: “Biz ən uğurlu modellərimizdən birini seçərək vizual görünüşünü, sürücülük təcrübəsini və əlbəttə ki, texnologiyanı dəyişdik. Yeni «Nissan- Altima» seqmentinin ən yüngül avtomobilidir. Əgər siz əvvəlki «Altima»nı sevirdinizsə, tam yenilənmiş «Altima»nı daha çox sevəcəksiniz. Əgər siz heç vaxt «Altima» sürməmisinizsə, orta ölçülü sedan seqmenti anlayışınızın dəyişəcəyinə hazır olun”.
İ.Qurbanov qeyd edib ki, yeni model gərgin axtarışların bəhrəsidir və nəticədə 4 nəslin və iki onilliyin keyfiyyəti və etibarlılığı əsasında yaradılmış və innovasiyanın ən yeni səviyyəsi əlavə olunmuş, tam qənaətçil, dinamik performans və premium üslubu özündə cəmləşdirən bir nəqliyyat vasitəsi meydana gəlmişdir. Yeni «Nissan-Altima» həyatı hər tərəfli yaşamağı sevən zövqlü insanlar üçün orta ölçülü premium sedandır. Tam yeni Altima-nın əsas xüsusiyyətləri:
- Premium sedan seqmentində sinfinin ən rahat oturacaqları və təkmilləşdirilmiş köməkçi monitorla təchiz edilmiş yüksək səviyyəli interyer;
- Görünməyən zonanın xəbərdarlıq sistemi, trayektoriyadan yayınma xəbərdarlığı sistemi, hərəkətdə olan obyektləri müəyyən etmə sistemi, arxa görüntü kamerası ilə yeni nəsil təhlükəsizlik texnologiyaları;
- Seqmentində ilk dəfə sürücünün rahatlığını təmin etmək üçün mühərrikin uzaqdan işə salınması sistemi
- 2.5 və ya 3.5 litrlik mühərriklə təchiz olunmuş və yüksək səviyyəli performans göstərən yeni nəsil pilləsiz (CVT) transmissiya;
- Bluetooth , Hands-Free telefon sistemi, 7 düymlük rəngli touch-display, Naviqasiya və 9 çıxışlı Bose audio sistemi ilə cazibədar multimedia paketi;
5 Komplektasiya
Tam yeni «Nissan-Altima» 2.5 litrlik mühərriklə təchiz olunmuş 2.5 S, 2.5 SV və 2.5 SL komplektasiyaları ilə yanaşı 3.5-litr V6 mühərriklə təchiz olunmuş 3.5 SV və 3.5 SL versiyaları ilə təqdim olunur.
Altima 2.5 SV (2.5S funksiyalarına əlavə olaraq): Nissan intellektual açarı, sükandan idarə olunan Audio və Kruiz Kontrol düymələri , 6 dinamik, avtomatik on/off yuxarı işıqlar ( təkmilləşdirilmiş formada), Kruiz kontrol, park etmə sensorları (2 arxa və 2 ön), duman əleyhinə faralar, avtomobil rəngində yan güzgülər. 215/55 R17 təkərləri, 5 düymlü audio display, Bluetooth, sükandan idarə olunan Hands-Free telefon sistemi, tavanda yerləşən mikrafon, İpod USB çıxış, arxa görüntü kamerası.
Altima 2.5 SL (2.5SV funksiyalarına əlavə olaraq): avtomatik tündləşən daxili güzgü, sərnişinlər üçün bir toxunuşla açılıb bağlanan güzgü, sürücü üçün 6 istiqamətdə tənzimlənən rahat oturacaq, iki zonalı avtomatik klimat kontrol, kompas, yan güzgüdə dönmə işiqları, tavanda yerləşdirilmiş işıqlar, yan və pərdə tipli hava yastıqları, dəri sükan, mühərrikin uzaqdan idarə olunması sistemi.
Altima 3.5 SV (2.5 SV funksiyalarına əlavə olaraq): 3.5litrlik V6 mühərrik, Paddle shift W, Ds Mode rejim ilə AT
Altima 3.5 SL (3.5 SV funksiyalarına əlavə olaraq): Dəri oturacaq, sürücü üçün 8 istiqamətdə tənzimlənən rahat oturacaq, 9 dinamikli Bose audio sistem, Xenon işıqlar, iki zonalı klimat kontrol, avtomatik tündləşən daxili güzgülər, luyk, dəri sükan, kompas, mühərrikin uzaqdan işə salınması, yan güzgülərdə dönmə işiqları, sərnişinlər üçün bir toxunuşla açılıb bağlanan güzgü, yan və pərdə tipli hava yastıqları, arxa Led işıqları, premium salon (bej rəngli taxta və qara rəngli metal)
Nissan Təhlükəsizlik sistemi bizim təhlükəsizliyə hərtərəfli yanaşmamızı nümayiş etdirir. Bura qəza zamanı mümkün qabaqcıl texnologiyalar daxildir. Altimada altı təhlükəsizlik yastığı və aktiv başaltlıqlar bizim təhlükəsizlik fəlsəfəmizin təmin edilmiş bir neçə bariz nümunəsidir.
Şinlərdə Təzyiqə Nəzarət Sistemi -bu sistem şinlərə hava doldurulması səviyyəsinə nəzarət edir. Əgər hər hansı şində təzyiq müəyyən edilmiş göstəricidən aşağı enərsə, bu haqda sürücü dərhal xəbərdar edilir.
Antiblok əyləc sistemi (ABS), Əyləc gücünün electron paylanması sistemi (EBD), avtomobilin dinamik nəzarəti VDC, Nissanın qabaqcıl təhlükəsizlik yastıqları sistemi, aktiv başaltlıqlar, yan təhlükəsizlik yastıqları modelin təhlükəsizliyinin və etibarlılığının göstəriciləridir. O etibarlılıq ki, sizə yolda mənəvi sakitlik bəxş edir. Sadalanan aktiv və passiv təhlükəsizlik sistemlərinə görə məhz 30 yanvar 2013-cü il tarixində Nissan Altima “Top Safety Pick Plus” mükafatına layiq görülüb.
Xatırladaq ki, tam yenilənmiş «Nissan-Altima»nı və digər «Nisaan» modellərini «Nissan Azərbaycan»ın satış mərkəzlərindən əldə edə bilərsiniz
Qeyd etmək yerinə düşər ki, “NURGÜN Motors” MMC şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət «Nissan» markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzdə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə, Lənkəran, Şəki və Quba şəhərləində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlarda alınan hər bir avtomobilə 4 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.
Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31, Salamzadə küç.2
Telefonlar: (+994 12) 448 38 38, 430 90 90
Faks: (+994 12) 447 46 87
Bölgələrdə
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon: (+994 22) 56 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 2
Telefon: (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon: (+994 25) 254 24 18
Quba şəhəri, H.Əliyev pr. 33-cü məhəllə
Telefon: (+994 23) 5 61 57
E-mail: info@nurgunmotors.az
Rəsmi sayt: www.nissan.az
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35

