Asiya Bankı Azərbaycanda “yaşıl enerji”layihələrini maliyyələşdirəcək
19.07.2024 [10:30]
Asiya İnkişaf Bankı (AİB) Qafqaz və Mərkəzi Asiya üçün artım proqnozunu 2024-cü ildə 4,3 fazidən 4,5 faizə, 2025-ci ildə isə 5 fazidən 5,1 faizə yüksəldib. Bankın yeni açıqlanan “Asiyanın inkişaf perspektivləri” hesabatında Azərbaycanla bağlı makroiqtisadi proqnozlar da ümidvericidir. Sənəddə qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı 2024-cü ilin ötən aylarında 4,3 faizdən çox böyüyüb ki, iqtisadi artımda dövlət xərcləri ilə dəstəklənən nəqliyyat və tikinti sahələrinin davamlı inkişafı mühüm rol oynayıb. Bu xərc dinamikasının qarşıdakı aylarda da davam edəcəyi gözlənilir ki, nəticədə ölkəmizin artım tempi 2024-cü ilin sonunda daha da yüksələcək. Həmçinin, Azərbaycan iqtisadiyyatına il ərzində yerli və xarici investisiyalarla maliyyələşdirilən xidmət və digər sahələrdə istehsalın artması da gözlənilir ki, bu da dayanıqlı inkişaf üçün zəmin deməkdir.
AİB hesab edir ki, Azərbaycanda yeni investisiyayönümlü sahə kimi ön plana keçən “yaşıl iqtisadiyyat”a yönələn sərmayələrin axını bu istiqamətdə növbəti illərdə iqtisadi stimul yaradacaq. Bank özü də bu sahədə maliyyələşmədə maraqlı donor kimi Azərbaycanın etibarlı maliyyə təchizatçısı olmaq niyyətindədir.
Qeyd edək ki, Asiya Bankı 25 ilə yaxındır ki, ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən yaxın tərəfdaş kimi təmsil olunmaqdadır. Bank Azərbaycan hökumətinin prioritetləri əsasında ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak edib. 2024-cü il 1 aprel tarixinə Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikası arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində 4,2 milyard dollar həcmində maliyyələşdirmə proqramları həyata keçirilib. Bundan başqa Azərbaycan hökumətinin cəlb etdiyi kreditlər üzrə həyata keçirilən layihə və proqramların məbləği 3,2 milyard dollar, dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş kreditlər əsasında həyata keçirilən layihə və proqramlar üzrə 930 milyon dollar, bilavasitə özəl sektorun maliyyələşdirilməsi üzrə 62 milyon dollar ayrılıb, həmçinin AİB tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin icrasına dəstək göstərilməsi məqsədilə qrant və texniki yardımlar göstərilib. Həmin əməkdaşlıq proqramları nəqliyyat, dövlət maliyyəsinin idarə edilməsi, enerji, su, şəhər infrastrukturu və digər sektorları əhatə edib.
Asiya İnkişaf Bankı Azərbaycanın regional enerji layihələrinin maliyyələşdirilməsində də donor kimi fəal rol oynayıb, Cənub Qaz Dəhlizi layihəsinə dəstək verən ilk beynəlxalq maliyyə qurumu olub. Avropa İttifaqının enerji təminatında xüsusi rol oynayan bu layihələri də maliyyələşdirməyi öz öhdəsinə götürərək “Şahdəniz” yatağının maliyyələşdirilməsinə 524,5 milyon dollar məbləğində tam şəkildə zəmanət verib. Hazırda yenə də Aİ-nin enerji təminatları üçün nəzərdə tutulan yeni marşrutların və infrastrukturların qurulmasına da tam dəstəyini göstərməyə hazır olduğunu bəyan edir.
Prezident İlham Əliyevin iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava ilə görüşündə də bu məsələyə toxunulub və Azərbaycan təbii qazının nəql layihələrinə Avropa maliyyə institutları tərəfindən maliyyə gecikmələrinin olduğu vaxtda AİB-in birmənalı dəstəyi yüksək qiymətləndirilib. Cənab Asakavanın ölkəmizə səfərinin Azərbaycanla bank arasında sıx əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni səhifənin açılması üçün yaxşı imkanlar yaratdığı vurğulanıb. Qarşıda yeni hədəf və layihələrin icrası dayanır, bu, Azərbaycanın təşəbbüskar olduğu regional layihələrin, o cümlədən Xəzəryanı ölkələrlə və digər region dövlətləri ilə güclü iqtisadi bağlantının yaradılması üçün müasir enerji-nəqliyyat qovşaqlarının maliyyələşdirilməsində AİB-in yenə də əsas maliyyə dayağı olacağına əsaslı zəmin yaradılması deməkdir.
Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair strategiya sənədi qəbul etdiyini xatırladaraq, milli prioritetlərə əsaslanan, iri, ambisiyalı inkişaf proqramlarını və layihələrini özündə əks etdirən həmin Strategiyada qarşıya qoyulan vəzifələrin və çağırışların yerinə yetirilməsində uzunmüddətli, səriştəli və sınanmış iqtisadi-maliyyə tərəfdaşı kimi AİB-nin Azərbaycan hökumətinə maliyyə, texniki və məsləhət dəstəyini davam etdirəcəyi nəzərdə tutulub.
Azərbaycan hökuməti ilə AİB-in qarşıdakı illərdə əməkdaşlıq gündəliyində “yaşıl enerji” proqramı əsas yer tutur və 2024-2026-cı illər ərzində AİB-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq əsasən bərpaolunan enerji və “yaşıl nəqliyyat” sahələrini əhatə edəcəkdir. Bu istiqamətdə bank tərəfindən regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın gücləndirilməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında ölkəmizə dəstək veriləcəkdir. Əməkdaşlıq çərçivəsində özəl sektorun iştirakçıları ilə birgə 2024-2025-ci illər ərzində yeni bərpaolunan enerji layihələrinin birgə maliyyələşdirilməsi də nəzərdə tutulur. AİB-in, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların tikilməsinə sərmayə qoyması gündəlikdə durur.
Asiya Bankının prezidenti Masatsuqu Asakava bildirib ki, AİB Asiya və Sakit Okean regionu üçün iqlimi dəstəkləyən bank kimi xidmət göstərməyə tam sadiqdir və Bank 2030-cu ilə qədər 100 milyard dollar həcmində iqlim maliyyələşdirməsini təmin etməyi hədəfləyir: Azərbaycan hökumətinin 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 30 faizə çatdırmaq məqsədini nəzərdə tutan təmiz enerjidə keçid istiqamətində inamlı səylərini dəyərləndirən Bank bu istiqamətdə ölkəmizi dəstəkləməyə davam edəcəkdir. AİB prezidentinin sözlərinə görə, Azərbaycan həmçinin dayanıqlı şəhər nəqliyyatı üzrə e-mobillik, dəmir yollarının rəqəmsallaşdırılması, sürətli dəmir yolu, metro sisteminin təkmilləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması və təhlükəsiz su təchizatının təmin edilməsi kimi bir sıra innovativ təşəbbüslərə diqqət yetirir. Bank yaşıl enerji, su resursları, bağlantıların yaradılması və iqlimə davamlı infrastrukturun prioritetləşdirilməsi üçün öz dəstəyini təklif edir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

