Uyğunsuzluq aradan qaldırıldı
02.07.2024 [10:55]
“Əmək pensiyaları haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, Azərbaycanda bir sıra vəzifəli şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib. Belə ki, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputatlar, eləcə də Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olanlar, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan şəxslər bu dəyişikliklərdən faydalanacaqlar. Bu qərar, Naxçıvan Muxtar Respublikası MSK üzvlərinə, Naxçıvan Ombudsmanı kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan şəxslərə, eləcə də Naxçıvan Hesablama Palatasının üzvlərinə də şamil olunacaq.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna görə, sabiq deputat, MSK üzvləri və Ombudsmanın, HP üzvlərinin pensiyası ilə bağlı müəyyən uyğunsuzluqlar var idi. Həmin uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Əmək pensiyaları haqqında” qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrinə edilmiş dəyişikliklə, həmin şəxslərin də qulluq stajına görə əmək pensiyasına əlavələr həmin şəxslərin orta aylıq əməkhaqları, son 12 ay ərzində müvafiq vəzifələr üzrə aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilməsi nəzərdə tutulub. Dəyişikliyə görə, həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün orta aylıq əməkhaqqının hesablanmasına vahid yanaşma tətbiq olunacaq.
Bundan əlavə, layihəyə əlavə edilmiş keçid müddəaya əsasən həmin şəxslər bu Qanunun qüvvəyə mindiyi tarixədək 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrdə nəzərdə tutulmuş sığorta stajını topladığı halda onlara əvvəlki normalar tətbiq olunacaq. Bu dəyişiklik də qanunun 20-ci maddəsində yarım maddələr arasında uyğunluğu təmin edəcək və hər hansı əlavə maliyyə yükü yaratmayacaq.
Həmçinin pensiya qanunvericliyinə edilmiş dəyişikliyə əsasən, qeyd edilən sosial qrupların əlilliyi ilə bağlı yeni tənzimlər qüvvəyə minir. Belə ki, 2024-cü il iyulun 1-dən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputatlara səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarında pensiya təyin ediləcək. 2024-cü il iyulun 1-dən pensiyaya əlavələrin təyinatında pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınacaq. Bu yanaşma yuxarıda qeyd olunan MSK, Ombudsman və Hesablama Palatasının üzvlərinə münasibətdə də şamil olunacaq.
Ancaq bir məsələ var ki, qanuna dəyişikliklər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş, həmçinin Milli Məclisin, eləcə də Naxçıvan MR Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlara şamil olunmayacaq.
Ümumilikdə, son aylarda pensiya qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər əsas etibarilə qulluq stajına görə əmək pensiyalarına əlavələrin hesablanması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini özündə ehtiva edir. Bu prinsiplər isə sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlılığının artmasına xidmət etməklə, əmək pensiyası hüququ yaranmış şəxslərin rifahının artmasında əhəmiyyətli rol oynayır.
Elbrus
Xəbər lenti
Hamısına baxDünya
31 May 20:41
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59

