Ən yaxşı investisiya mərkəzlərindən biri
07.05.2024 [11:01]
Bakı xarici investisiyaların həcminə görə, 100 şəhər arasında 3-cü yerdədir
Beynəlxalq iqtisadi araşdırma institutu olan “FDI Intelligence” nəşrinin hazırladığı hesabata əsasən, Azərbaycan 100 birbaşa xarici investisiya yatırılan təyinat nöqtələri arasında üçüncü yeri tutub. Belə ki, paytaxt Bakı şəhəri bu cəhətdən sürətlə inkişaf edən ünvana çevrilib. Birbaşa yatırılan xarici investisiya baxımından Bakını yalnız Almaniyanın Mannhaym və Rumıniyanın Krayova şəhərləri qabaqlayır. Müxtəlif ölkələrdə yerləşən 100 şəhərdən üçüncü olmağı bacaran Bakı bu baxımdan böyük göstəriciyə malik olub.
Hesabata əsasən, 2023-cü ildə Bakıda son altı ilin ən yüksək xarici birbaşa investisiya layihələri qeydə alınıb. Bura daha çox logistik layihələr daxil olub. Ələt Azad İqtisadi Zonasına xüsusi maraq müşahidə olunub. Eləcə də Bakıda nəhəng Beynəlxalq Dəniz Ticarəti Limanının istifadəyə verilməsi, iri sənaye zonalarının və logistika infrastrukturlarının yaradılması, turizm, xidmət, iaşə və emal sahələrinə böyük sərmayələrin yatırılması mövcud sərmayə reytin?inin müəyyən edilməsində mühüm rol oynayıb.
Son illərdə Bakıya sərmayə qoyuluşları üçün xarici investorlar tərəfindən layihələrin icrasına dair razılaşmalar əldə edilib, mühüm sazişlər imzalanıb. 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar sərmayə qoyuluşuna dair saziş imzalanıb. 2023-cü ildə istifadəyə verilmiş “Azərbaycan Vanhong Ceramics Co” MMC-yə 50 milyon dollar investisiya yatırılıb. Sumqayıt Kimya Sənaye Parkında Çinin “BYD Company Limited” şirkəti ilə 94 milyon dolları məbləğində investisiyanın yatırılmasına dair sənəd imzalanıb. Həmçinin Azərbaycan İnvestisiya Şirkəti ilə Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında imzalanmış sənədə əsasən, 2023-cü ildə Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməli qoyulub. Layihənin investisiya dəyəri 35 milyon dollardır. Bundan başqa, İsrailin “BioPharmax” şirkəti ilə Ələt Azad İqtisadi Zonasında layihə dəyəri 45 milyon avro olan əczaçılıq müəssisənin tikintisi həyata keçirilir. Ələt Azad İqtisadi Zonasında sənaye avadanlıqlarının, tikinti materiallarının istehsalı, aviasiya, gəmiçilik, neft-kimya və digər istiqamətlər üzrə investisiya layihələri icra olunur.
Bütün bunlar Bakı şəhərinin timsalında Azərbaycan sərmayə mühitinin cəlbedicliyi və xarici investorlar üçün əlverişli investisiya iqliminin təmin edilməsinin daha bir göstəricisi kimi xarakterizə oluna bilər. Hazırda Azərbaycanda təmin edilmiş dayanıqlı makroiqtisadi və maliyyə sabitliyi daxili və xarici investisiya fəallığına dərin zəmin yaradır. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır.
Son illərdə lisenziyalaşma sahəsində atılan səmərəli addımlar, qeydiyyat sisteminin təkmilləşdirilməsi, yoxlama və icazələrin azaldılması, xarici sərmayəçilərin hüquq və mənafelərinin qorunması ilə bağlı gücləndirilmiş tədbirlər cari ilin ilk ayında Azərbaycanda yeni xarici şirkətlərin fəaliyyətə başlamasına səbəb olub. Eyni zamanda, respublikamızın beynəlxalq müqavilələrə qoşulması investisiyaların təşviqi və qorunması, gəlirlərə və əmlaka vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması xarici investisiyaların ölkə iqtisadiyyatına axınını motivə edib. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən, ölkə iqtisadiyyatına investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib və iqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması məqsədilə bu sahədə islahatların genişləndirilməsi, xüsusilə özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühitinin daha da yaxşılaşdırılması, həmçinin investisiyaların qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi əsas məsələlər kimi qarşıya məqsəd qoyulub. Görülən tədbirlər nəticəsində investisiya mühiti və imkanları daha da yaxşılaşıb.
Həmçinin, yürüdülən təşviqedici vergi siyasəti investorların, o cümlədən xarici sərmayəçilərin fəallığının yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, respublikamızda fəaliyyət göstərən xarici investorların sayı və onların iqtisadiyyatın qeyri-neft sahələrində təmsil olunma coğrafiyası artır. Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə, 2023-cü ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub.
Xarici şirkətlərin böyük bir qismi qardaş Türkiyəyə məxsusdur. Rusiya, Böyük Britaniya, ABŞ və Fransaya məxsus investisiyalı müəssisələrin sayı da az deyil. Koreya Respublikası, Yaponiya, İran, Belarus, Litva, Latviya, İtaliya və digər ölkələrin şirkətlərinin sayında son vaxtlar artım qeydə alınıb. Həmin şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə, qeyri-neft sənayesində podratçı, subpodratçı qismində də fəal iştirak edirlər.
Beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrinə görə, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. 154,1 milyard ABŞ dolları xarici investisiya olmaqla, 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard dollar təşkil edib.
2002-ci ildə iqtisadiyyata yönəldilən investisiyaların həcmi 2,8 milyard ABŞ dolları idisə, 2022-ci il üzrə bu rəqəm 17,1 milyard ABŞ dolları təşkil edib.
Göründüyü kimi əlverişli sərmayə iqlimi 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların (BXİ) həcminin 100,7 milyard dolları ötməsinə səbəb olub.
Ölkəmizdə hazırda investisiya mühitinin cəlbediciliyinin artırılması yönündə müxtəlif tədbirlər həyata keçirilir. Xarici investorlar üçün “vahid pəncərə” prinsipi tətbiq edilir və onlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir. Həmçinin birbaşa xarici investisiyaların təşviqinə dair strategiya hazırlanır. Yaxın günlərdə qüvvəyə minəcək Rəqabət Məcəlləsi də azad rəqabətin və investisiya fəallığının təmin edilməsində mühüm rol oynayacaq. Sənəd xarici investorlar üçün yeni imkanlar açacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

