“Yaşıl enerji” koalisiyasının etibarlı üzvü
19.04.2024 [10:32]
Aprelin 17-18-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası keçirilib. Tədbirdə bərpa olunan enerji mənbələrindən istifadənin üç dəfə artırılması və enerji keçidinin sürətləndirilməsi üçün infrastrukturların yaradılması, yeni strategiyaların müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb. Agentliyin baş direktoru Françesko La Kamera bildirib ki, bərpa olunan enerji mənbələrinin gücünün 2030-cu ilədək azı 11 teravat (TVT) səviyyəsinə çatdırılması başlıca hədəflərdəndir.
Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin rəhbəri qarşıdakı illərdə ali hədəfə çatmaqda Azərbaycanın da mövcud potensial imkanlarının əhəmiyyət daşıdığını vurğulayaraq birgə “yaşıl enerji” koalisiyasının dayanıqlı enerjiyə keçidə kömək edəcəyinə əminliyini ifadə edib. Qlobal problemlərin həllində dünya ölkələrinin həmrəyliyi labüddür. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu, Azərbaycanın enerji məsələlərində əzmkar mövqeyinin ifadəsidir.
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonun da iştirak etdiyi tədbirdə Azərbaycanın “yaşıl enerji” strategiyasının reallaşmasında ortaya qoyduğu iradə təqdir olunub. K.Simson bildirib ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə maliyyə təminatı və bərpaolunan enerji mənbələrindən istifadə olunması məsələlərinin qarşıdakı COP29 iqlim konfransının gündəliyinə daxil edilməsinin zəruriliyini qeyd edərək Aİ-nin həmin təşəbbüsləri dəstəyini ifadə edib. Bildirilib ki, COP29 iqlim konfransının Bakıda keçirilməsi Azərbaycanın bərpa olunan enerji sahəsinin inkişafında beynəlxalq qurumlarla əməkdaşlığı üçün yeni imkanlar yaratmaqla birgə fəaliyyəti təşviq edəcək.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxışında bəyan edib ki, COP29 yeni qlobal kollektiv maliyyə məqsədlərinin qəbulu üzrə səylərin səfərbər edilməsində mühüm platformaya çevriləcək. Ətraf mühitin qorunmasında dövlətlə birlikdə təşkilatlar, işəgötürənlər, işçilər də rol alır. Ətraf mühit, iqtisadiyyat və cəmiyyət üçbucağından baxmalı olsaq, ekoloji mədəniyyəti formalaşdıracaq yeni “yaşıllıq”, “yaşıl artım”, “yaşıl iqtisadiyyat”, “yaşıl idarəetmə” kimi terminlər yaranmışdır. İşçilərdə ətraf mühit dostu bilincinin yaradılması, iş yerində “yaşıl ortam”ın formalaşdırılması “yaşıl” insan resurslarının idarə edilməsi nəticəsində mümkündür.
Tədbirin Azərbaycan üçün müəyyən etdiyi əsas prinsiplər nədir?
Sözügedən beynəlxalq tədbirdə də bəyan oldunduğu kimi COP29 ölkəsi olaraq Azərbaycan 2030-cu ilədək və ondan sonrakı dövrdə “yaşıl enerji”, iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmindədir. Azərbaycanda iqlim dəyişmələrinə qarşı mübarizə uğurla aparılır. Ölkədə istilik effekti yaradan qazların emissiyalarının 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək 40 faiz azaldılması hədəflənir.
Daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə “yaşıl enerji” planlarımızın 2027-ci ilədək olan birinci mərhələsində 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələsində isə 8 QVt-dan çox “yaşıl enerji” güclərinin reallaşdırılmasını hədəfləyirik. Bu, bərpa olunan enerji potensialının Azərbaycan vasitəsilə təxminən 2027-ci ildə 2 dəfə, 2030-cu ilə olan dövrdə isə 4 dəfədən çox artımını vəd edir. Ölkəmizdə elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını ilkin hədəf göstəricisindən 3 faiz çox və 3 il tez olmaqla 33 faizə yüksəldən bu layihələr Avropa ölkələrində də bərpa olunan enerji potensialının artırılmasının mənbələrindən olacaq.
“Yaşıl enerji”nin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası isə daha nikbin perspektiv vəd edir. Qarabağ, və Şərqi Zəngəzur bölgəsi “yaşıl enerji” zonası elan edilməklə Azərbaycanın elektrik enerjisi istehsalında yaşıl enerjinin istehsalının payının artmasında əsas güc mənbələrindən biridir. 2030-cu ilədək ölkənin ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir ki, həmin gücün böyük hissəsi bu bölgədə cəmləşib.
Beləliklə, bərpa olunan enerjinin üçqat artırılması hədəfində strateji əhəmiyyət daşıyır. İlin sonunadək texniki-iqtisadi əsaslandırması hazır olacaq “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi Azərbaycanı bərpa olunan enerji sahəsində regional inteqrasiyada aparıcı ölkələrdən birinə çevirəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

