Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Güləşçilərimiz 6 medal qazanıb

Güləşçilərimiz 6 medal qazanıb

27.10.2009 [09:11]

Azərbaycanın gənc yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində keçirilmiş beynəlxalq turnirdə 4 qızıl və 2 bürünc medal qazanıblar. Bu haqda Azərbaycan Güləş Federasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.
Yarışın ilk günündə Eldəniz Əzizli (50 kq) və Rəsul Cunayev (66 kq) qalib gəlib, Toğrul Yunisli (66 kq) isə üçüncü yeri tutub. Növbəti günlərdə daha iki pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bunlar Orxan Paşayev (60 kq) və Şəhriyar Məmmədov (84 kq) olub. 120 kq çəkidə qüvvəsini sınamış Zaur Mehrəliyev bürünc medala layiq görülüb. Beləliklə, 6 medal qazanan yığmamız komanda hesabında Türkiyədən sonra 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, gənc yunan-Roma güləşçilərimiz İstanbula məşqçilər İlqar Abdulov və Zöhrab Abbasovun rəhbərliyi altında yollanıblar. Hakimlər briqadasında ölkəmizi beynəlxalq dərəcəli referi Hüseynağa Əhmədov təmsil edib.

Paylaş:
Baxılıb: 1337 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31