Azərbaycanda idmanın inkişafı diqqət mərkəzindədir
07.12.2016 [09:38]
Su İdmanı Sarayı ölkəmizdə su idmanı növünün inkişaf etdirilməsi üçün yaradılmış mühüm infrastruktur layihələrindən biridir
Regionun lider dövləti olan Azərbaycanda bütün sahələr uğurla inkişaf edir. Bu inkişafın nəticəsidir ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi məkan kimi tanınır. Məlum olduğu kimi, ötən il iyunun 12-dən 28-dək ölkəmizin ev sahibliyi etdiyi birinci Avropa Oyunları köhnə qitənin idman aləmində mühüm hadisəyə çevrilib. Eyni zamanda, həmin Oyunlar ərəfəsində ölkəmizin idman infrastrukturuna 5 yeni müasir arena daxil edilib ki, onlar da hazırda idmanımızın inkişafına öz töhfələrini verirlər. Onlardan biri də Su İdmanı Sarayıdır.
Su İdmanı Sarayının PR və Satış üzrə meneceri Elnarə Əliyevanın sözlərinə görə, Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verən ümumi sahəsi 72 min kvadratmetr olan kompleksdə üç hovuz yaradılıb: “Kompleksdə idman yarışları üçün nəzərdə tutulmuş uzunluğu 50 metr olan Olimpiya hovuzu, suya tullanmaq üçün nəzərdə tutulan Dayvinq hovuzu, həvəskar üzgüçülər və uşaqlar üçün məşq hovuzu fəaliyyət göstərir. Suya tullanmaq üçün sıçrama taxtasının hündürlüyü 1 metrdən 10 metrə qədərdir. Hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın “Myrtha Pools” şirkəti tərəfindən yaradılıb. Bu hovuzdan yalnız peşəkar idmançılar və süni su effekti yaradılmış dray dayvinq otağında xüsusi məşq keçənlər istifadə edə bilərlər. Üzməyi yeni öyrənməyə başlayanlar üçün Azərbaycanda ilk dəfə Su İdmanı Sarayında dibi 0-dan 2 metrədək tənzimlənə bilən hovuz zonası da ayrılıb”.
Heç şübhəsiz, hovuzların təmizliyi məsələsi buraya müraciət edənlər üçün ən vacib nüansdır. E.Əliyevanın dediyinə görə, bu hovuzlardan ürək rahatlığı ilə istifadə etmək üçün hər cür şərait yaradılıb. Belə ki, hovuzların suyu xüsusi müasir avadanlıqlarla təmizlənir və daima sanitar-gigiyenik, təhlükəsizlik qaydaları təmin olunur.
Burada uşaqlara üzməyin texnikalarını üzgüçülük üzrə Azərbaycan yığmasının və Su İdmanı Sarayının Su idman növləri bölməsinin baş məşqçisi Rəşad Əbdürrəhmanovun başçılığı ilə peşəkar məşqçilər öyrədirlər. R.Əbdürrəhmanovun sözlərinə görə, kompleksin açılışı Azərbaycanda üzgüçülük idman növünün inkişafında təkan rolunu oynayıb: “Kompleks fəaliyyətə başladığı ilk gündən burada çalışıram. Ölkədə analoqu olmayan universal üzgüçülük hovuzları həm peşəkar, həm də həvəskar idmançılara istifadə etmək üçün təqdim olunur. Nəhəng idman qurğusuna müraciət edənlərin sayı gündən-günə çoxalır. Bu da baş məşqçi kimi məni çox sevindirir”.
Su İdmanı Sarayında olarkən ora üzgüçülüyə gələn uşaqlar və valideynlərlə də söhbət etmək imkanı qazandıq. Yaradılan şəraitdən razılıqlarını bildirən Murad Ayxan və Nurlan Əliyev məhz bu kompleksdə tanış olaraq dostlaşdıqlarını dedilər.
Gələcəkdə Azərbaycanı beynəlxalq arenalarda təmsil etmək istəyən 12 yaşlı Sona Əlləzova da su idmanı ilə məşğul olmaq üçün kompleksdə hər cür şəraitin yaradıldığını bildirdi: “İki ildir ki, bu idman növü ilə məşğul oluram. Arzum budur ki, gələcəkdə Azərbaycanı beynəlxalq arenalarda təmsil edib, bayrağımızı daha da ucalara qaldırım”.
Üzgüçülüklə məşğul olan həmsöhbətim Xatirə Əliyeva isə qızında da bu idman növünə həvəs yarada bilib: “Qızım Leyla Hacıyeva beş ildir ki, üzgüçülüklə məşğuldur. Bakı Su İdmanı Sarayı əhalinin ximətinə verildiyi gündən hər gün burada məşq edir. Uşağın fiziki inkişafı, dünyagörüşü və yaşıdları ilə ünsiyyət qabiliyyətini artırmaq üçün üzgüçülüyün çox faydası var. Şəhərimizdə belə müasir komplekslərin olması biz valideynləri olduqca sevindirir. Kiçik yaşlarından qızımda bu idman növünə həvəs yaranmasında biz valideynlərin də köməyi olub. Çünki özüm də asudə vaxtlarımda üzgüçülüklə məşğul oluram. Bir valideyn kimi övladımın fiziki və mənəvi inkişafını düşünərək idmanın üzgüçülük növünə yazdırmışam. O da etimadımızı doğruldaraq ard-arda əldə etdiyi uğurlu nəticələr və qalibiyyətlərlə bizi sevindirməkdədir. Gələcəkdə də bu idman növü ilə məşğul olmaq qərarına gəlsə, dəstək olmağa çalışacağıq”.
X.Əliyeva bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafına xüsusi diqqət göstərir. Onun sözlərinə görə, məhz bu diqqətin sayəsində ölkəmiz idmanın, demək olar ki, bütün əsas növlərində böyük uğurlar qazanır: “Təqdirəlayiq hal ondan ibarətdir ki, bu sahədə görülən işlər gənc nəslin sağlam ruhda böyüməsində mühüm rol oynayır”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

