Bakıda arena polo üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
10.09.2016 [10:49]
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Bakıda, Binə Atçılıq Mərkəzinin “Elit Atçılıq və Polo” klubunda keçirilən “CBC Sport” Arena Polo üzrə Dünya Kuboku yarışlarının sentyabrın 9-da açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə milli geyimli çaparlar Azərbaycan Respublikasının dövlət bayrağını meydana gətiriblər.
İştirakçı komandaların təqdimatından sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsinin ənənə halını aldığını vurğulayıb. Bildirib ki, ötən il birinci Avropa Oyunları, bu il Formula-1 Avropa Qran-pri yarışları Bakıda təşkil edilib. Hazırda isə ölkəmizdə Ümumdünya Şahmat Olimpiadası keçirilir. Bu gün isə elit idman növlərindən sayılan arena polo üzrə dünya kuboku yarışları başlayır.
A.Rəhimov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün növlərinin, həmçinin polonun inkişafına diqqət və qayğı göstərilir. Sevindirici haldır ki, artıq bir neçə ildir Azərbaycanın polo üzrə komandası yaradılıb və ötən il paytaxtımızda keçirilən Avropa çempionatının qalibi olub.
Yarışın əhəmiyyətindən danışan Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev diqqətə çatdırıb ki, BPF-nin üzvü olan ARAF-ın təşkilatçılığı ilə ölkəmiz artıq polo üzrə iki dünya kuboku yarışına ev sahibliyi edib. Ötən il Azərbaycanda ilk dəfə arena polo üzrə Avropa çempionatı keçirilib. Bütün bunlar Azərbaycanda polonun sürətli inkişafından xəbər verir. Ötən üç il ərzində təşkil edilən polo turnirləri və digər mötəbər idman tədbirləri xalqımızın tolerantlıq ənənələrini və qonaqpərvərliyini nümayiş etdirməyə imkan yaradıb. Dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmiz ildən-ilə daha möhtəşəm tədbirlərə ev sahibliyi edir. Builki yarışda isə dörd beynəlxalq polo klubunu təmsil edən komandalar kubok uğrunda mübarizə aparacaq. Bakı üç gün ərzində polo yarışı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən gələn qonaqları qəbul edəcək.
Azərbaycanda atçılığın inkişafının Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayan Elçin Quliyev ötən ilin sentyabrında Bakıda arena polo üzrə birinci Avropa çempionatında milli komandamızın qələbəsinin ölkəmizdə atçılığının inkişafının göstəricisi olduğunu deyib.
Federasiya prezidenti turnirin təşkilində əməyi olanlara dərin minnətdarlığını çatdırıb, yarışın ciddi idman mübarizəsi şəraitində keçəcəyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarış açıq elan edilib.
Daha sonra oyunlara start verilib.
Yarışın birinci günündə ilk görüşdə Azərbaycanın “Gilan Holding” komandası ilə Argentinanın “İtaldizain Group” komandası qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Gilan Holding” rəqibinə 9:7,5 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Tərlan Qurbanəliyev, Rəşad Həsənov, Elçin Camallı və Əli Rzayev yer alıb.
Digər oyunda isə “Bogner” (İspaniya) komandası “Badrutt Palace St. Moritz” (İsveçrə) kollektivinə 11:9 hesabı ilə qalib gəlib.
Sentyabrın 11-də - turnirin sonuncu günündə üçüncü yer uğrunda oyun, final qarşılaşması və mükafatlandırma mərasimi keçiriləcək.
Yarışda yüz polo atı komandaların ixtiyarına verilib. Onların 80-i Argentinadan, 20-si isə Qarabağ bölgəsindən gətirilib.
Turnirdə ölkəmizlə yanaşı, Argentina, İsveçrə və İspaniyadan dörd beynəlxalq peşəkar komanda iştirak edir. Komandalar dünya şöhrətli “Badrutt Palace St. Moritz”, “Bogner”, “İtaldizain Group” və “Gilan Holding” brendlərini təmsil edirlər.
Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də Arena Polo üzrə Dünya Kuboku yarışının rəsmi media tərəfdaşıdır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53

