“Alov Qoruyanlar”
23.05.2015 [10:13]
İlk Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb. Hazırda ölkəmizdə bu idman yarışına ciddi hazırlıq işləri sürətlə davam edir və demək olar ki, dünya idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunlarına Azərbaycan tam hazırdır. İlk Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.
Sevindirici haldır ki, dünyanın diqqətini çəkən ilk Avropa Oyunlarını hazırda bütün ictimaiyyət nümayəndələri kimi gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də səbirsizliklə gözləyirlər.
Ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“Alov Qoruyanlar” bu yay “Bakı-2015” ilk Avropa Oyunlarının möhtəşəm idman bayramına çevrilməsinə kömək göstərəcək və daimi bir irs yaradacaqlar”. Bunu Bakı Dövlət Universitetinin III kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Fəxriyyə Nəsirova deyib. Onun sözlərinə görə, bu Oyunların məhz ölkəmizdə keçirilməsi mühüm əhəmiyyət kəsb edən tarixi bir hadisədir: “Biz idmançılara, rəsmi şəxslərə və tamaşaçılara özlərini evlərindəki kimi hiss etmələrinə kömək edəcəyik. Fəxr edirik ki, biz bu tarixi hadisədə iştirak edəcəyik. Mən bu haqda eşidən kimi müsabiqəyə qatıldım və müsabiqədən uğurla keçdim. Eləcə də, mənim kimi minlərlə gənc bu gün könüllülər sırasındadır. Düşünürəm ki, onların bu yarışlarda iştirakı olduqca vacibdir. Çünki bu mötəbər yarışların ölkəmizdə keçirilməsi Avropa Olimpiya Komitəsinin respublikamıza olan etimadı kimi dəyərləndirilməlidir. Tarixi əhəmiyyətə malik bu Oyunların Azərbaycanda keçirilməsi həm də ölkəmizi dünya səviyyəli idman məkanı kimi tanıtmağa imkan verəcək. Bu baxımdan könüllülərin sırasına qatıldığım üçün çox sevinir və qürurlanıram”.
“Bu Oyunlarda idmançılar yarışın ürəyi, biz könüllülər isə ruhu hesab olunuruq”. Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin III kurs tələbəsi Seymur Cəfərov deyib. O, həmçinin, birinci Avropa Oyunlarının, ilk növbədə, Azərbaycanda kütləvi idmanın təbliği baxımından mühüm rol oynayacağını vurğulayıb: “Birinci Avropa Oyunları idmanın təbliği ilə Azərbaycanda sağlam həyat tərzinin inkişafına təkan verəcək. İdmanı sevən, bu sahəyə marağı olan bir gənc kimi düşünürəm ki, bu yarışlar biz gənclərdə idmana marağı daha da artırır. Uzun illərdir ki, mən özüm, peşəkar olmasa da, karate ilə məşğul olmuşam. Çalışmışam ki, ölkəm, Vətənim üçün nə isə edim. Könüllülərin sırasına qatılmağım da bu səbəbdəndir. Eşidəndə ki, müsabiqə elan olunub, dərhal müsabiqədə iştirak edərək könüllülərin sırasına qatıldım. İndi könüllülərin sırasında olduğum üçün fəxr edirəm”.
Seymur Cəfərov, həmçinin, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin idmanın kütləviliyinə nail olmaqla yanaşı, eyni zamanda, bədən tərbiyəsi və idmanın inkişaf və təbliğ edilməsinə də mühüm təsir göstərəcəyini bildirib: “Ölkəmiz istər idmanı, istərsə də incəsənəti ilə hər zaman öndə olub. Müasir Azərbaycan gənci olaraq düşünürəm ki, “Bakı-2015” ilk Avropa Oyunları bizi dünyaya idmansevər bir ölkə kimi tanıdacaq. Doğrudur, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini indi bir çox dövlətlər həzm edə bilmir. Ona görə də, ölkəmizin əleyhinə təbliğat aparırlar. Ancaq onlar anlamalıdırlar ki, bu hərəkətləri ilə heç nəyə nail ola bilməyəcəklər. İndi kimliyindən asılı olmayaraq, hər kəs bilməlidir ki, Azərbaycan tolerant və demokratik yolla inkişaf edən bir dövlətdir”.
Vüsalə
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

