“Alov Qoruyanlar”
21.05.2015 [09:40]
İlk Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb. Hazırda ölkəmizdə bu idman yarışına ciddi hazırlıq işləri sürətlə davam edir və demək olar ki, dünya idman tarixində mühüm hadisə olacaq ilk Avropa Oyunlarına Azərbaycan tam hazırdır. İlk Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq.
Sevindirici haldır ki, dünyanın diqqətini çəkən ilk Avropa Oyunlarını hazırda bütün ictimaiyyət nümayəndələri kimi gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də səbirsizliklə gözləyirlər.
Ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“Birinci Avropa Oyunları Azərbaycanın Avropada və dünyada daha yaxından tanınmasına müsbət təsir göstərəcək”. Bunu qəzetimizə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Natiq Əlizadə deyib. O, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “İlk Avropa Oyunları da Azərbaycan üçün öz təsir imkanlarının artırılması deməkdir. Yəni, bu Oyunlarda iştirak edənlərin, canlı, yaxud virtual olaraq izləyənlərin üzərində bir Azərbaycan təsiri olacaq. 16 gün davam edəcək Oyunlar ərəfəsində dünyanın əsas diqqəti, məhz Azərbaycana yönələcək. Yüz milyonlarla insan gün ərzində dəfələrlə Azərbaycan adını duyacaq. Bu isə Azərbaycanın təsiredici gücünün artması və uzunmüddətli iz qoyması deməkdir. Bu baxımdan birinci Avropa Oyunlarının əhəmiyyəti olduqca böyükdür”.
“Bakı-2015”in könüllüsü Oyunlarda iştirakından məmnun olduğunu da bildirib: “Mən “Bakı-2015”in könüllüləri sırasına qatıldığım üçün çox sevinirəm. Bununla qürur hissi keçirdirəm. Görün, nə qədər şərəfli bir işdir. Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarında ölkəmizi təbliğ etmək, gələn turistlərə Azərbaycan haqqında məlumat vermək. Düşünürəm ki, bu iş ürəyi Azərbaycanla döyünən hər bir gəncin ən ümdə vəzifəsidir”.
“İlk Avropa Oyunları öz əhəmiyyəti və miqyasına görə Olimpiya Oyunlarına bərabərdir”. Bunu qəzetimizə açıqlamasında Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin tələbəsi, “Bakı-2015”in könüllüsü Firəngiz Süleyman deyib. O, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin idman tariximizdə çox əhəmiyyətli rol oynayacağını bildirib: “Belə tədbirlərin ölkəmizdə keçirilməsinin özü belə artıq Azərbaycanın etibarlı tərəfdaş, inkişaf etmiş modern dövlət kimi dünya ictimaiyyəti tərəfindən yaxından tanındığının göstəricisidir. Bununla yanaşı, bilirik ki, bu mötəbər idman yarışmasında Avropa ölkələri öz idmançıları ilə təmsil olunacaq. Həmçinin, onlara azarkeşlik edənlər və texniki heyət də ölkəmizə gələcək. Azərbaycanla yaxından tanış olan bu insanlar ölkəmizin təbliğatında əhəmiyyətli rol oynayacaq, dövlətimiz haqqında həqiqətləri öz ölkələrində də təbliğ edəcəklər”.
Firəngiz Süleyman, həmçinin, “Bakı-2015”in könüllüləri sırasına qatılan gənclərin ilk Avropa Oyunlarının təbliğ edilməsi istiqamətində gördüyü işlərdən də danışıb: “Biz bu Oyunların ölkəmizdə keçirilməsini dəstəkləyirik, bununla bağlı fikir mübadilələri aparırıq, görəcəyimiz işlərlə bağlı təcrübə keçirik. İşimiz çox maraqlıdır. Nə yaxşı ki, müsabiqələrə qatıldım və Oyunlarda könüllü kimi iştirak etmək hüququnu əldə etdim”.
Vüsalə
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35

