İlk Avropa Oyunları Əməliyyat Komitəsində nəqliyyat məsələlərinə həsr olunan konfrans keçirilib
06.05.2015 [10:33]
Mayın 5-də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində nəqliyyat məsələlərinə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, BEGOC-un, aidiyyəti dövlət və hökumət qurumlarının, tərəfdaş şirkətlərin təmsilçilərinin iştirak etdikləri konfransda Oyunların nəqliyyat siyasəti, əsas marşrut şəbəkəsi, hərəkət zolaqları, yarış obyektlərinə giriş, sakinlər üçün parklama icazə vərəqələri, sürücülərin təlim, eləcə də nəqliyyat kommunikasiya proqramı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təqdimatlar edilib.
Bakının ilk Avropa Oyunlarının keçirilməsi üçün artıq tam hazır olduğunu bildirən BEGOC-un nəqliyyat departamentinin dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri Vüsal Rəcəbli AZƏRTAC-a müsahibəsində deyib ki, paytaxtın nəqliyyat sistemi də “Bakı-2015” üçün tam hazır vəziyyətə gətirilib. İlk Avropa Oyunları üçün xüsusi marşrut şəbəkəsinin hazırlandığını vurğulayan Vüsal Rəcəbli mötəbər yarışın açılış mərasimi üçün də ayrıca planın tərtib olunduğunu və onun üzərində tərəfdaş qurumlarla birgə iş aparıldığını diqqətə çatdırıb. BEGOC rəsmisi deyib: “Çalışırıq ki, Oyunlar zamanı şəhərdə heç bir küçə bağlanmasın. Xüsusi zolaq müəyyən olunub ki, onunla yalnız Oyunlara məxsus nəqliyyat vasitələri hərəkət edəcək. Yalnız açılış mərasimi günündə - iyunun 12-də Heydər Əliyev prospektinin bir qismi saat 14:00-dan gecə 02:00-dək bağlanacaq. Həmin vaxt vətəndaşlar alternativ yollardan - Babək, Nobel və Ziya Bünyadov prospektlərindən istifadə edə bilərlər. Nəqliyyat vasitələri xüsusi zolaq vasitəsilə Atletlər kəndindən Avropa Oyunları parkına, Bayraq Meydanına və əks istiqamətdə hərəkət edəcək. Mayın axırından etibarən həmin zolaqdan xüsusi buraxılışı olmayan nəqliyyat vasitələrinin istifadəsi məhdudlaşdırılacaq”.
BEGOC rəsmisi vurğulayıb ki, Oyunlar zamanı rahatlığın təmin edilməsi məqsədilə xüsusi “ekspres” avtobuslar təşkil olunub. Həmin avtobuslar müxtəlif dayanacaqlardan və Bakı metrosunun stansiyalarından əhalinin idman obyektlərinə gedişini təmin edəcək. Əsas məqsəd vətəndaşların şəxsi avtomobillərindən istifadəni minimuma endirməkdir. Çünki idman obyektlərinin ətrafına şəxsi avtomobillərin buraxılışına icazə verilməyəcək. Həmin əraziyə daxil olmaq və park etmək üçün xüsusi icazəsi vərəqəsi tələb ediləcək.
Avropa Oyunları zamanı əhalini şəxsi avtomobillərdən az istifadə etməyə çağıran Vüsal Rəcəbli açılış və bağlanış mərasimlərində 6, yarışlar zamanı isə 12 məntəqədən “ekspres” avtobusların fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. O, Oyunlar vaxtı 250 iritutumlu, 80 kiçik avtobusun, 500 taksi, eləcə də rəsmi tərəfdaş olan Naxçıvan Avtomobil Zavodunun 350-yə yaxın “Lifan” avtomobilinin xüsusi zolaqlarla hərəkət edəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

