Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Hacı Əliyev: 12-28 iyun tarixlərində bütün dünyanın diqqəti Bakıya yönələcək

Hacı Əliyev: 12-28 iyun tarixlərində bütün dünyanın diqqəti Bakıya yönələcək

29.04.2015 [10:24]

“Azərbaycan idmançıları bu günədək beynəlxalq yarışlarda, eləcə də, nüfuzlu idman tədbirlərində dəfələrlə inamlı qələbələr qazanıb”. Bunu qəzetimizə açıqlamasında sərbəst güləş üzrə Dünya və Avropa çempionu Hacı Əliyev deyib. O, təxminən 44 gün sonra ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarında da idmançılarımızın mühüm nailiyyətlərə imza atacağını bildirib. Hacı Əliyevin sözlərinə görə, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir: “Birinci Avropa Oyunlarını keçirtmək, ona ev sahibliyi etmək həm böyük şərəf, həm də məsuliyyətli bir işdir.
Digər tərəfdən, mədəniyyətimizin, mənəvi dəyərlərimizin, qonaqpərvərliyimizin müsbət göstəricisidir. Hesab edirəm ki, 12-28 iyun tarixlərində bütün dünyanın diqqəti Bakıya yönələcək və dünyanın 100-dən artıq televiziya kanalı, saysız-hesabsız qəzetləri, informasiya portalları, saytları həmin tarixdə Azərbaycandan danışacaq. Azərbaycanın səsini bütün dünya eşidəcək”.
Vüsalə CAVANŞİR

Paylaş:
Baxılıb: 1243 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31