İlk Avropa Oyunlarının məşəli 48 gün ərzində 5,5 min kilometr məsafə qət edəcək
21.04.2015 [10:08]
Aprelin 20-də “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində yarışın məşəl proqramı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə məşəl proqramının marşrutundan bəhs edən videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Avropa Oyunları qitə idmanı və Azərbaycan üçün tarixi hadisədir. Bu, ölkəmizin Avropa ailəsinin müstəqil, gələcəyə ümidlə baxan bir üzvü kimi inkişafına böyük töhfə verəcək. Özünəməxsusluğu ilə fərqlənəcək bu səyahət 60 rayon və şəhərdən keçərək Azərbaycanın tarixi, təbii imkanları, idman və mədəni sahədəki uğurlarını nümayiş etdirəcək.
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin aprelin 26-da “Atəşgah” məbədində keçiriləcək mərasimlə alovlandırılacağını deyən nazir alovun 48 gün ərzində 5,5 min kilometr məsafə qət edəcəyini diqqətə çatdırıb.
“Bakı-2015” Əməliyyat Komitəsinin mərasimlər üzrə direktoru Katerina Uqvu deyib ki, alov səyahəti Avropa Oyunlarına gedən yolda yüksək əhval-ruhiyyənin və marağın yaranmasına səbəb olacaq. Səyahət bundan sonra baş verəcək hadisələrin gedişatını müəyyən edəcək. Səyahət zamanı ümumilikdə mindən çox məşəlçi iştirak edəcək. Məşəl yer üstündə - avtobus, funikulyor, velosiped, yer altında isə Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq.
İlk Avropa Oyunlarının məşəl və çırağını “YARAT” Müasir İncəsənət Məkanının bədii rəhbərliyi ilə birgə hazırlayan Sebastian Berqne onun Azərbaycanın ənənəvi metal işləmələrindən ilham alınaraq çox gözəl dizayn edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, məşəlin 66 santimetrlik gövdəsi “Bakı-2015”in rəmzi olan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi isə Avropa Oyunlarında iştirak edən ölkələrin sayını göstərir.
“Bakı-2015”in rəqəmsal media bölümünün rəhbəri Çerlez Henri-Kantamin yaxın günlərdə məşəl proqramı ilə bağlı yeni saytın istifadəyə veriləcəyini bildirib. Qeyd edib ki, Azərbaycanın bölgələrini əhatə edəcək məşəl səyahətı zamanı istifadəçilər şəkillərini və ismarıclarını bu resursda yerləşdirə biləcəklər. Həmin internet resursu sosial şəbəkələrlə birbaşa əlaqəli olacaq. Biz bunu “Facebook”, “Instagram” və digər sosial şəbəkələrin Azərbaycanda kifayət qədər populyar olması ilə əlaqələndirmişik.
Sonra “Bakı-2015”in idman və ulduz elçiləri Nazim Babayev və Tünzalə Ağayeva ilk Avropa Oyunlarının məşəlini və çırağını ictimaiyyətə təqdim ediblər. Tədbirdə, həmçinin məşəl proqramı üçün hazırlanacaq yeni saytın reklam versiyası da nümayiş olunub.
İlk Avropa Oyunlarının məşəl və çırağını “Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb. Məşəlin daşınacağı marşrut boyunca keçiriləcək tədbirlərə minlərlə insanın qatılacağı gözlənilir. Məşəl proqramı çərçivəsində 15 bölgədə Alov festivalı təşkil olunacaq ki, burada rəsmi şəxslərin, incəsənət ulduzlarının və tanınmış idmançıların iştirakı nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

